Hadisə

Pirallahıda avtobus piyadanı vuraraq öldürdü

21 İyul 2026 09:32
Baxış: 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Pirallahı qəsəbəsində, "Abşeronneft" NQÇİ-nin ərazisində qeydə alınıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü İlqar Bağır oğlu Şabanovun idarə etdiyi "Isuzu" markalı avtobus geriyə hərəkət edərkən piyadanı vurub.

Nəticədə 1969-cu il təvəllüdlü Pirallahı rayon sakini Teyyub Ənvər oğlu Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.