Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib.
Milli.Az xəbər verir ki, aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb.
Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduqları dövrdə münasibətlərinin ictimailəşməsini istəməyib və bunu mümkün qədər gizli saxlamağa çalışıb.
Onun sözlərinə görə, sosial şəbəkədə heç bir paylaşım etməsə də, evdə çəkilmiş şəxsi fotolar qısa müddətdə yayılıb və bu günə qədər həmin görüntülərin necə ictimailəşdiyini bilmir.
Aktrisa ayrılıq səbəbi ilə bağlı da maraqlı fikir səsləndirib. O, bürclərinin uyğun gəlmədiyini deyərək, "Şir bürcü ilə Əkizlər heç vaxt tutmur", sözlərini işlədib.
Ülviyyə Xəlilbəyli haqqında yayılan xəbərlərin böyük hissəsinin həqiqəti əks etdirmədiyini də vurğulayıb. O bildirib ki, emosional insan olduğu üçün bəyəndiyi statusları paylaşır, lakin bu paylaşımların xəbər mövzusuna çevriləcəyini düşünmür.
Aktrisa etiraf edib ki, bir müddətdən sonra özü də haqqında yazılan xəbərləri görməkdən yorulub. Bununla yanaşı, media nümayəndələrini qınamadığını da əlavə edib.
Keçmiş həyat yoldaşı Murad İsmayılla münasibətlərinə toxunan sənətçi bildirib ki, övladlarının xatirinə aralarında normal ünsiyyət davam edir.
"Biz dostuq. Uşaqlarım mənimlə qalır. İstədikləri zaman ataları ilə görüşə və birlikdə harasa gedə bilərlər", - deyə Ülviyyə Xəlilbəyli qeyd edib.
Aktrisanın bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





