Hadisə

MİDA adı ilə 240 min manatlıq dələduzluq edənlərə hökm oxundu

21 İyul 2026 14:45
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

MİDA-dan güzəştli şərtlərlə mənzil almaq vədi ilə vətəndaşları aldadaraq 240 min manatdan çox vəsaiti mənimsəməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Anar Həziyev, Rasim Əliyev və Şəmsiyyə İsmayılova hər biri 6 il, Ruslan Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər vətəndaşlara MİDA vasitəsilə güzəştli şərtlərlə mənzil əldə etdirəcəkləri barədə yalan vədlər verərək onlardan külli miqdarda pul alıb və mənimsəyiblər.

Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkənlərə dəymiş ümumi maddi ziyanın 240 min manatdan artıq olduğu bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.