Siyasət

Kansler: Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır

21 İyul 2026 16:28
Baxış: 434

Bu gün Birgə Bəyannaməni imzalamaqla münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün mühüm təməl qoyuruq. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi barədə razılığa gəldik.

Milli.Az xəbər verir ki, Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.

Kansler bildirib ki, bu, hər iki ölkə üçün mühüm siqnaldır və Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır.

"Orta Şərqdə davam edən böhran fonunda neft, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir", - deyə Fridrix Merts vurğulayıb.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.