Samir Bağırov: "10 ildən çoxdur anamı görmürəm", deyir ki, "petruşka" kimi geyinmə" - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Samir Bağırov verdiyi səmimi etiraflarla diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi AStar TV-yə ailəsi, valideynləri ilə münasibətlərindən danışaraq uzun illərdir anasını görmədiyini bildirib.
Samir Bağırov qeyd edib ki, istifadə etdiyi "Bağırov" soyadı ata nənəsindən gəlir və əsl ata soyadı Minulindir. O, atasının tatar, anasının isə ukraynalı olduğunu deyib.
Müğənni hazırda ABŞ-də yaşayan anasını 10 ildən artıqdır görmədiyini etiraf edib. Onun sözlərinə görə, fiziki olaraq görüşə bilməsələr də, hər gün videobağlantı vasitəsilə əlaqə saxlayırlar.
"Anam birinci fanatımdır. Hər dəfə mənə zəng edib nə geyinməli olduğumu deyir. Həmişə səliqəli və ciddi geyinməyimi istəyir, zarafatla "Petruşka kimi geyinmə" deyə məni xəbərdar edir", - deyə ifaçı bildirib.
Samir Bağırov valideynlərinin ayrılmasından sonra bir müddət atası ilə münasibətlərinin soyuduğunu da etiraf edib. O bildirib ki, sonradan ailədaxili münasibətlər düzəlib və hazırda atasının həyat yoldaşı ilə də normal əlaqə saxlayır.
Sənətçi bacısı haqqında da danışaraq onun Hollandiyada yaşadığını, rəssam kimi böyük uğurlar qazandığını qeyd edib. O bildirib ki, bacısı vaxtilə fortepianoda ifa edib və musiqiyə olan marağının formalaşmasında bunun da təsiri olub.
"Əvvəl musiqi oxuyurdum, sonra danışmağa başladım", - deyə Samir Bağırov uşaqlıq xatirələrindən də söz açıb.
Müğənninin ailəsi ilə bağlı səmimi etirafları sosial şəbəkələrdə maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb





