Süleyman Mikayılovun müavini və digərlərinin məhkəmə işi DƏYİŞDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və digər vəzifəli şəxslərin cinayət işi üzrə ibtidai araşdırma başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istintaqın sonunda təqsirləndirilən şəxslərin hamısına verilmiş ağır ittihamlar yüngülləşdirilib.
İcra başçısının müavini Nadir Muradov, İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin icra hakimiyyətində başqa məsul vəzifədə çalışmış Rəşad Nadirli və İsa Şəmsəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma (311.3.1, 311.3.2 və 311.3.3) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdilər.
Amma ilkin araşdırmanın sonunda bu maddələr ləğv edilib, onların hər birinə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə yekun ittiham elan edilib. Bu maddənin sanksiyasında 6 mindən 10 min manata kimi cərimə və ya 3 ildən 7 ilə qədər həbs nəzərdə tutulur.
İttiham dəyişdirildiyindən toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
N.Muradov və Q.Abdullayev həbsdə, İ.Şəmsəliyev və R.Nadirli sərbəst mühakimə edilirlər.
Qeyd edək ki, bu cinayət faktları ortaya çıxdıqdan bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. N.Muradov 10 ilə yaxın S.Mikayılovun müavini işləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Qarabağ”ın sabiq futbolçusu qəflətən ÖLDÜ
-
Süleyman Mikayılovun müavini və digərlərinin məhkəmə işi DƏYİŞDİ
-
Axtarışda olan 146 borclu şəxs tutuldu
-
Məşhur cizgi filmlərinin mahnılarını səsləndirən müğənni ÖLDÜ
-
Ağdaşda ağır qəza: Ölən və yaralanan var
-
Qəzada ağır yaralanan 24 yaşlı Şahin həyatını itirdi
XƏBƏR LENTİ
-
"Cavab zərbələri ABŞ-a dərs olmalıdır"
-
Rəqsanənin əri ilə görüntüsü diqqət çəkdi - VİDEO
-
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - FOTO
-
Evliliklə bağlı yeni təklif: Onlar rüsumlardan azad edilə bilər
-
NATO baş katibi Kiyevə gəldi
-
“Qarabağ”ın sabiq futbolçusu qəflətən ÖLDÜ
-
İran Küveyt hava limanını VURDU: Yaralananlar var - VİDEO
-
Bu hərəkətinə görə işdən QOVULDU - VİDEO
-
“Silk Way West Airlines” “dnata” ilə əməkdaşlığını genişləndirir
-
Bakıda hərəkət dəyişir - Yeni magistral və tramvay xətti planı
-
ÜST-dən Ebola ilə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayı kəskin artır
-
Orxan Lökbatanlının sözlərinə görə göz yaşı tökdü - VİDEO
-
Süleyman Mikayılovun müavini və digərlərinin məhkəmə işi DƏYİŞDİ
-
Bölgələrdə otellərdə qalmaq bahalaşıb? - Ən son qiymətlər
-
Tanınmış aparıcı vəfat etdi - FOTO
-
ŞAD XƏBƏR: On minlərlə ailəyə birdəfəlik müavinət verilib
-
Kiçik bir dilimi 16 manata satılır
-
Axtarışda olan 146 borclu şəxs tutuldu
-
Bu ərazilərdə saat 12:30-da işıq KƏSİLƏCƏK
-
İran planı üzə çıxdı? - Əhmədinejadla bağlı gizli ssenari iddiası
-
"2 aya 8 kq arıqladım"
-
Azərbaycana gələn turistlər niyə birdən azaldı?
-
Bu ölkədə də məktəblərdə telefonlara qadağa QOYULDU
-
İyun ayında 4 BÜRCün həyatı alt-üst olacaq - Yaxşı mənada





