Evliliklə bağlı yeni təklif: Onlar rüsumlardan azad edilə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə boşanmalar zaman məhkəmədə qaldırılan iddiaların böyük hissəsini əmlak bölgüsü və aliment məbləğinin təyinatı təşkil edir.
Bu kimi məsələlərin məhkəmədə deyil, tərəflər arasında həll edilməsi üçün isə Azərbaycan Respublikasının qanunvericiliyində nikah müqaviləsi sazişi nəzərdə tutulub. Məcburi olmasa da, bu müqavilənin nikahdan öncə və nikah dövründə bağlanması tərəflərin müəyyən vəzifə və öhdəliklərini müəyyənləşdirmək üçün əhəmiyyətli hesab olunur. Yuxarıda qeyd etdiyimiz kimi, xüsusilə, boşanma halları zamanı nikah müqaviləsinin öncədən olması tərəflər arasındakı bir çox ziddiyyətli məsələni həll etməyə daha əlverişli imkan yaradır.
Maraqlıdır ki, bu sazişin məcburi qaydada icrası mümkündürmü?
Milli.Az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, dünya təcrübəsində nikah sazişinin bağlanması könüllülük əsasında aparılır və şəxslər buna məcbur edilmir:
"Azərbaycan Respublikasının qanunvericiliyində nikah müqaviləsinin bağlanması nəzərdə tutulsa da, bu, məcburi deyil. Çünki Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə görə, müqavilənin bağlanması iradə ifadəsidir. Yəni, heç bir heç kəs bu müqavilənin bağlanmasına məcbur edilə bilməz. Ümumiyyətlə, dünya təcrübəsində belədir ki, nikah sazişinin bağlanması könüllülük əsasında aparılır və şəxslər buna məcbur edilmir.
Əslində, nikahdan əvvəl nikah müqaviləsinin bağlanması gələcəkdə nikah ləğv olunduqda boşanan zaman yaranan problemlərin həllini asanlaşdırır. Ancaq təcrübədə vətəndaşlar ailə quran zaman nikah müqaviləsinin bağlanmasına meyil göstərmirlər".
Onun sözlərinə görə, məcburi qaydada deyil, təşviqedici addımlarla bu istiqamətdə nəticə əldə etmək olar:
"Digər tərəfdən, nikah müqaviləsi barədə əksəriyyət o qədər məlumatlı deyil. Məlumatlı olanlar isə sazişin bağlanmasını təklif etməkdə çəkinir və ya utanır. Düşünürlər ki, heç kim ailə quran zaman boşanma haqda fikirləşmir. Bu da nikah müqaviləsinin bağlanmasına mane olan haldır.
Ümumiyyətlə, nikaha daxil olan şəxslər bu barədə bilgiləndirilməlidirlər. Cütlükləri nikah müqaviləsinə təşviq etmək lazımdır. Məsələn, nikah müqaviləsi bağlayan şəxslərin nikah zananı rüsumların müəyyən hissəsindən azad olunması təşviqedici addım ola bilər. Çünki bu gün isə nikah müqaviləsinin bağlanmaması əmlak və aliment məsələlərinin məhkəmədə həll olunmasına gətirib çıxarır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
XƏBƏR LENTİ
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)
-
Ordubadda obyektə zərər vurdu - Saxlanıldı
-
İlon Mask bir günə 30 milyardını itirdi
-
Qızılın qiyməti dəyişdi
-
Almeyda Bakıya gəldi - (Video)





