Günün qoroskopu: Maddi məsələlər bu gün diqqət mərkəzində olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bu günün qoroskopunu təqdim edir.
Qoç
Bu gün karyeranızda atacağınız addımlar gələcək maliyyə vəziyyətinizə birbaşa təsir edə bilər. Rəhbəriniz və ya iş tərəfdaşlarınızla ciddi danışıqlar apara bilərsiniz. Professional imicinizi qorumaq və bacarıqlarınızı nümayiş etdirmək üçün əlverişli gündür. Təzyiq altında belə soyuqqanlılığınızı itirməyin.
Buğa
Uzaq hədəfləriniz, təhsiliniz və ya xarici layihələrinizlə bağlı vacib qərarlar verməli ola bilərsiniz. Bu gün rəsmi sənədləşmə işlərində və ya hüquqi məsələlərdə dəqiqlik nümayiş etdirməyiniz xeyrinizə olacaq. Dünyagörüşünüzü genişləndirəcək insanlarla ünsiyyətdə olun.
Əkizlər
Maddi məsələlər, xüsusilə də bank, kredit, miras və ya şərikli büdcə mövzuları bu gün diqqət mərkəzində olacaq. Xərclərinizi yenidən nəzərdən keçirmək və gələcəyə yönəlik qənaət planı qurmaq üçün yaxşı gündür. Şəxsi münasibətlərdə gizli qalan məqamlar üzə çıxa bilər.
Xərçəng
Bu gün diqqətiniz tamamilə partnyorunuzla və ya yaxın dostlarınızla olan münasibətlərinizə yönələcək. Qarşı tərəflə gələcəyə dair ortaq qərarlar ala bilərsiniz. Münasibətlərdəki problemləri həll etmək üçün emosional reaksiyalar vermək əvəzinə, məntiqi və konstruktiv yollar axtarın.
Şir
Gündəlik iş rejiminiz və öhdəlikləriniz bu gün sizdən yüksək enerji və intizam tələb edəcək. İş mühitində detallara qarşı diqqətli olmaq sizi mümkün səhvlərdən qoruyacaq. Eyni zamanda, fiziki sağlamlığınıza, qidalanma və yuxu rejiminizə xüsusi vaxt ayırmağınız tövsiyə olunur.
Qız
Yaradıcı layihələr, şəxsi biznes və ya sevdiyiniz məşğuliyyətlər bu gün ön plana çıxır. Eşq həyatınızda daha ciddi və stabil addımlar atmaq istəyə bilərsiniz. Övladları olan Qız bürcləri üçün onların təhsili və ya gələcəyi ilə bağlı vacib məsələləri planlaşdırmaq üçün uğurlu zamandır.
Tərəzi
Bu gün eviniz, ailəniz və yaşayış sahənizlə bağlı mövzular gündəmi zəbt edəcək. Ailə üzvləri ilə keçmişdən qalan və ya həll olunmamış bəzi mövzuları yenidən müzakirə edə bilərsiniz. Ev daxilində nizam-intizam yaratmaq və daxili dincliyinizi tapmaq üçün münasib gündür.
Əqrəb
Yaxın ətrafınızla ünsiyyət, qısamüddətli səfərlər və ya təhsil/kurs fəaliyyətləri bu gün çox aktiv olacaq. Fikirlərinizi ətrafdakılara çatdırarkən olduqca net və inandırıcı olacaqsınız. Vacib müqavilələrə qol çəkmək və ya ticari danışıqlar aparmaq üçün əla fürsətdir.
Oxatan
Bu gün diqqətiniz tamamilə şəxsi gəlirlərinizə, büdcənizə və maddi təhlükəsizliyinizə yönələcək. Yeni qazanc mənbələri axtarmaq və ya mövcud resurslarınızı necə dəyərləndirəcəyinizi planlaşdırmaq üçün uyğun vaxtdır. Lazımsız xərclərdən uzaq durmağa çalışın.
Oğlaq
Ay hələ də sizin bürcünüzdə hərəkət edir və bu, sizə əlavə motivasiya və güc qazandırır. Şəxsi hədəflərinizə fokuslanmaq, həyatınızda yeni qaydalar müəyyən etmək üçün bu gün liderlik bacarıqlarınızdan istifadə edin. Ətrafınızdakı insanlar sizin fikirlərinizə hər zamankından daha çox önəm verəcək.
Dolça
Bu gün enerjiniz bir az aşağı ola bilər, ona görə də vacib işlərinizi böyük kütlələrlə deyil, daha çox təkbaşına həll etməyə üstünlük verin. Zehni olaraq dincəlmək, meditasiya etmək və ya gələcək planlarınızı gizli saxlamaq üçün ideal gündür. Daxili səsinizə qulaq asın.
Balıqlar
Sosial çevrəniz, dostlarınız və daxil olduğunuz qruplarla münasibətlər bu gün aktivləşir. Gələcəyə dair ümidləriniz və planlarınız barədə yaxın dostlarınızla məsləhətləşə bilərsiniz. Komanda işlərində nizam-intizamı qorumaq sizə böyük uğur gətirəcəksiniz.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Maddi məsələlər bu gün diqqət mərkəzində olacaq
-
İyun ayının ən şanslı bürcləri açıqlandı - Sizi nə gözləyir?
-
Günün qoroskopu: Sümük və oynaq ağrılarına qarşı ehtiyatlı davranmalısınız
-
İyunun ən şanslı 4 bürcü - Siyahıda siz də varsınız?
-
Günün qoroskopu: Maddi mövzularda yeni fürsətlər qarşınıza çıxa bilər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
XƏBƏR LENTİ
-
Çiçəklərinizə şərbət tökün - dəyişikliyə inanmayacaqsınız
-
Ayrılıq səbəbini açıqladı
-
Qatığın qatılığını qorumaq üçün sadə üsul
-
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi"
-
Maştağada baş verən yanğın məhdudlaşdırılıb
-
Biləsuvarda ağır qəza - ölən var - FOTO
-
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
-
Günün qoroskopu: Maddi məsələlər bu gün diqqət mərkəzində olacaq
-
"Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
-
"Uzak Şehir" tamaşaçılarına pis xəbər - FOTO
-
“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında
-
“Məni ilk anam yox, onun səsi qarşıladı”
-
Tramp Tehranla bağlı xəbərləri təkzib etdi
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Naxçıvandakı ağır qəzada ölənlərin sayı artıb
-
"34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir"
-
Qoyun otaran çoban qayalıqda xəzinə tapıb - VİDEO
-
“Sağ olduğuna dair əlamətlər var”
-
İctimai nəqliyyat ödənişlərində yenilik
-
TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir - Marko Rubio
-
Azərbaycanlı hacıların geri dönüş cədvəli açıqlanıb
-
Elməddin Cəfərovdan haqqında yayılan xəbərlərə REAKSİYA
-
İran ilk dəfə buna razılaşdı - Rubio
-
“Zirə” sabiq futbolçularını qaytarmaq istəyir





