Hadisə

Biləsuvarda ağır qəza - ölən var - FOTO

3 İyun 2026 00:04
Baxış: 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralında, Biləsuvar rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük avtomobili toqquşub.

Belə ki, arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.