“Məni ilk anam yox, onun səsi qarşıladı”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Aybəniz Haşımova bacısı, Xalq artisti Şahnaz Haşımovanı ad günü münasibətiylə təbrik edib.
Milli.Az xəbər verir ki, müğənni birlikdə olan fotolarına bunları yazıb:
"Rəssam səslər doğulur bəzən dünyaya... Bəli, dünyaya çox səslər gəlir. Amma nəğmə dili ilə danışan səslər çox az doğulur. O səslər ki, insanın ruhuna toxunur, taleyinə çevrilir, ömrü boyu ürəyində yaşayır... Və xoş o insanların halına ki, o səslərlə qarşılaşırlar. Mənim kimi...
Mən dünyaya gələndə, hələ gözümü həyata açmamışdan öncə tale məni bir səsin qucağına verdi. Evdə dünyaya gəldiyim üçün məni ilk dəfə anamın deyil, nəğmə dili ilə danışan bir bülbül səsinin nəfəsi qarşıladı. O səsin adı Şahnaz idi... O, mənim musiqi ilə ilk tanışlığım, Azərbaycan muğamını ilk duyduğum nəfəs, ana dilimin musiqi ahəngi idi. Mən Azərbaycan musiqisini onun səsi ilə sevdim. Muğamın nə olduğunu onun avazında anladım. Hətta sözlərin özünü belə onun oxuduğu nəğmələrin içində öyrəndim.Buna baxmayaraq ki,sonralar ifacı olmagımın qəti əlehinə idi... Bir gün fortepianoda ifamı görəndə cox bəyənib, əlimdən tutub məni Gəncədə İnşaatçılar adına Mədəniyyət Sarayına apardı və fortepiano sinfinə yazdırdı.
Sonra o səs məni ömrüm boyu müşayiət etdi...
Heç vaxt unutmaram... Gəncədə, Ulu Öndər Heydər Əliyevin qarşısında Fikrət Verdiyev mənə "Sarı bülbül" mahnısını oxumağı tapşıranda,mahnını, mahnının içində oxuduğum o Segah bəndini mənə ilk dəfə öyrədən Şahnaz xanım olmuşdu.
Şahnaz xanımın səsi: O səs mənim uşaqlığımdır, ata ocağımın nəfəsidir, anamın laylasıdır, atamın nəfəsidir, qanımı daşıyanların səsidir.
Şahnaz xanımın səsi Azərbaycanın, Gəncəmin səsidir!
Dünyaya gəlişin mübarək, anamın nəğməkar qızı".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





