Hadisə

Ağdaşda ağır qəza: Ölən və yaralanan var

3 İyun 2026 09:31
Baxış: 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün saat 00 radələrində Ağdaş rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Əlirza Lətifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində həyatını itirib. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.