Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal temperaturun daha da yüksəlməsinə səbəb ola biləcək yeni "El Nino" mərhələsinin yaxın həftələrdə başlaya biləcəyi barədə xəbərdarlıq edib.
Milli.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Dünya Meteorologiya Təşkilatının məlumatına görə, "El Nino" 2026-cı ilin qalan hissəsində güclənərək dünya üzrə daha ekstremal hava hadisələrinə yol aça bilər.
Milli meteorologiya xidmətlərinin proqnozları isə prosesin "super El Nino" səviyyəsinə çatacağını göstərir.
Alimlər "El Nino"nun dəqiq vaxtını və intensivliyini müəyyənləşdirmək üçün Sakit okeandakı temperatur dəyişikliklərini izləyirlər. Son aylarda mərkəzi Sakit okeanda və Cənubi Amerika sahillərində suyun temperaturunda qeyri-adi artım qeydə alınıb.
Aprel ayından etibarən əsas monitorinq zonalarında istiləşmənin davam etməsi "El Nino"nun yaxınlaşdığını daha da aydın göstərib.
Böyük Britaniya Meteorologiya Xidmətinin mütəxəssisi professor Adam Skayf bildirib ki, alimlər rekord qıra biləcək güclü təbii hadisənin yaxınlaşdığına, demək olar ki, əmindirlər.
Qeyd edək ki, Sakit okeanda dəniz səthinin temperaturu uzun müddət ərzində normadan yarım dərəcədən çox yüksəldikdə "El Nino" hadisəsi baş verir. Temperatur artımı iki dərəcəni keçdikdə isə bu vəziyyət "çox güclü" və ya "super El Nino" kimi qiymətləndirilir.
1950-ci ildən bəri belə hadisələr yalnız bir neçə dəfə qeydə alınıb. Mövcud proqnozlar yeni "El Nino"nun əvvəlki rekordlarla müqayisə oluna biləcəyini, hətta onları üstələyə biləcəyini göstərir.
Peyklər və okeanoqrafik müşahidələr Sakit okeanın yüzlərlə metr dərinliyində şərq istiqamətində hərəkət edən nəhəng istilik dalğasının formalaşdığını göstərir. Bəzi ərazilərdə temperatur normadan 6 dərəcəyə qədər yüksəkdir.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) mütəxəssisi Mişel L'Örö bildirib ki, bu cür dərin okean istiliyi sonradan səth sularını və atmosferi qızdıraraq qlobal hava sistemlərinə ciddi təsir göstərir.
Bildirilir ki, güclü "El Nino" Cənubi Amerika, Cənub-Şərqi Asiya və Avstraliyanın bəzi bölgələrində quraqlıq və meşə yanğınları riskini artıracaq.
Bununla yanaşı, Hindistanda musson yağışlarını zəiflədə, Afrika Buynuzunda quraqlığa səbəb ola və ABŞ-nin cənub bölgələrində daşqın riskini yüksəldə bilər.
Keçmiş "El Nino" hadisələri kənd təsərrüfatında böyük itkilərə, ərzaq qiymətlərinin bahalaşmasına və qlobal iqtisadiyyatda yüz milyardlarla dollarlıq zərərlərə səbəb olub.
BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, "El Nino" artıq iqlim dəyişikliyinin təsiri altında olan planetdə istiləşməni daha da sürətləndirəcək.
ABŞ-nin "Berkeley Earth" təşkilatının iqlimşünası Zek Hausfater isə hesab edir ki, 2027-ci il müşahidə tarixinin ən isti ili ola bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ermənistanın sabiq prezidentinin həbs müddəti ilə bağlı qərar
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
-
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Xalq artisti vəsiyyətini açıqladı: Bütün var-dövlətini ona verəcək - (Video)
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
-
“Real” Mourinyonu istefaya göndərə bilər
-
Məşhur restoranda yoxlama keçirildi
-
16 yaşlı hindistanlının dişi gözündən çıxdı
-
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi
-
Nəfəsdən ailəsi ilə bağlı üzücü xəbər - (Video)
-
"Mançester Yunayted" və "Liverpul" onun uğrunda mübarizə aparır
-
Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
-
Kamran Əliyevdən yeni təyinatlar
-
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
-
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - (Foto)
-
Şəki Xan Sarayına kimlər daha çox gedir: Yerli, yoxsa xarici turistlər?
-
“Navai” azadlığa buraxıldı
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi





