Azərbaycana gələn turistlər niyə birdən azaldı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycana 658,5 min turist gəlib.
Milli.Az xəbər verir ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azlama deməkdir.
Bəs, ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycana gələn turistlərin sayının azalmasının bir sıra obyektiv səbəbləri olsa da belə ənənəvi faktorlar da qalmaqdadır.
Onun sözlərinə görə, ölkəyə gələn turistlərin mənşə ölkə strukturundakı çağrışlar ümumi gələnlərin sayına təsir göstərir:
"Doğrudur, hələ də Azərbaycana gələn turistlərin təxminən yarısı 2 ölkənin payına düşür. Həmin müddətdə Azərbaycana gələn hər 100 nəfərin 27-si Rusiya, 22-si isə Türkiyə vətəndasları olublar. Bununla yanaşı, əvvəlki ilin ilk 4 ayında Azərbaycana gələn turistlərin 11 faizi Hindistanın payına düşümdürsə, indi bu göstərici 3 faizədək azalıb. Deməli, gəlmə turizm bazarlarının şaxələndirilməsi və dayanıqlığının gücləndirilməsi prioritet olaraq qalmaqdadır".
Deputat qeyd edib ki, İran müharibəsinin regiona ölkələrinə gələn turistlərin sayına təsirlərinə gəldikdə isə, sözügedən müddətdə münaqişə Azərbaycan və Gürcüstana gələn turistlərin sayında özündə göstərib. İzah edib ki, Gürcüstana gələn turistlərin sayı bu ilin ilk rübündə 4 faiz artmışdırsa, ilk 4 ayda cüzi olsa da azalma qeydə alınıb. Bu da birbaşa İrandan gələn turistlərin sayının 49 faiz azalması ilə bağlıdır. Həmin müddətdə qonşu ölkəyə Hindistandan gələn turistlərin sayında da 29.5 faiz azalma qeydə alınıb:
"Hesabat dövründə Azərbaycana Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,1 faiz, MDB ölkələrindən gələnlərin sayı 3,5 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 27,8 faiz azalb. Ərəb dövlətlərindən gələnlərin sayının azalmasına ümumi faktorlar ilə yanaşı, regiondakı müharibə də xüsusi təsir göstərib".
Nəzərə çatdırıb ki, bütün bunlar ilə yanaşı, turizm sektorunda struktur və institutsional islahatların daha da dərinləşdirilməsi prioritetdir:
"Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
XƏBƏR LENTİ
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva
-
Üçtərəfli görüşün tarixi açıqlandı
-
Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
-
Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
-
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
-
Restoranda qaşığı masaya tərsinə qoymayın - Ofisiant səhv mesaj alır
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir





