Time Out seçdi: Dünyanın ən təsirli 10 muzeyi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tarix, elm, sənət və insanlığın ortaq yaddaşı... Dünyanın dörd bir yanına yayılmış minlərlə muzey keçmişin izlərini gələcəyə daşıyan bir zaman kapsulu rolunu oynayır.
Milli.Az xəbər verir ki, "Time Out Magazine" bir insanın həyatı boyu ən azı bir dəfə görməli olduğu, insanlıq tarixini və elmi kəşf etmək üçün mütləq baş çəkilməli 10 mədəniyyət dayanacağını siyahıya alıb.
1. Louvre muzeyi, Paris
Parisdəki çoxsaylı muzeylər arasında bu məkan "tacın incisi" hesab olunur. Köhnə Fransa kral sarayında yerləşən muzeydə 35 mindən çox əsər nümayiş etdirilir.
"Mona Liza" (ən çox ziyarətçi cəlb edən əsər), "Miloslu Venera" və "Samofrakiyalı Nikaya" (Qanadlı Zəfər) kimi şah əsərlər buradadır.
Böyük əsərlər "Denon" və "Sully" korpuslarında, heykəllər "Richelieu" korpusunda yerləşir. Sıxlıqdan qaçmaq üçün muzeyə səhər erkən və ya günün sonuna yaxın getmək məsləhətdir.
2. Böyük Misir muzeyi, Misir
Dünyanın ən böyük arxeologiya muzeyi olmaq xüsusiyyətini daşıyır və Qiza piramidalarına yaxın yerləşir.
Qədim sivilizasiyalara aid 100 mindən çox eksponat var.
Məşhur Tutanhamon kolleksiyası, Xufunun qayıqları (dünyanın ən qədim taxta qayıqları), Böyük Pilləkən və II Ramzesin monumental heykəli diqqət çəkir. Bura tam baxmaq üçün bir saat kifayət etmir.
3. Metropolitan sənət muzeyi, Nyu-York
Qısaca "The Met" olaraq tanınan bu məkan məşhur qala gecəsinin təşkil edildiyi yer olmaqla yanaşı, dünyanın ən böyük sənət muzeylərindən biridir.
İki milyon kvadratmetrlik geniş sahədə qədim ustadlardan müasir sənətə qədər minlərlə iş sərgilənir. Burada "Water Lilies" və "Autumn Rhythm (Number 30)" kimi əsərləri görmək olar.
Yay aylarında gələnlər üçün panoramik mənzərə təqdim edən və hər il dəyişən instalyasiyalara ev sahibliyi edən "Cantor Roof Garden" (dam bağçası) tövsiyə olunur.
4. Prado muzeyi, İspaniya
Madridin "Qızıl Sənət Üçbucağı" daxilində yerləşən muzey UNESCO-nun irsinə daxildir.
Dieqo Velaskes, Fransisko Qoya, El Qreko kimi İspaniya sənətinin nəhəngləri ilə bərabər Rafael, Titian və Piter Breygel kimi italyan və flamand ustaların işləri qorunur.
Muzey tam bir gün vaxt tələb edir, lakin ən tanınmış əsərlər əsasən birinci mərtəbədəki qalereyalarda yerləşir.
5. Rijksmuseum, Amsterdam
Hollandiyanın ən populyar muzeyidir və memarlığı daxilindəki sənət əsərləri qədər təsirlidir.
Hollandiyanın Qızıl Dövrünə aid çox sayda əsər, Yohannes Vermeerin kiçikmiqyaslı işləri və Böyük Zaldakı rəngli vitraj pəncərələr ön plana çıxır.
Çox vaxt diqqətdən qaçan "Cuypers Library" adlı neo-Qotika üslublu kitabxanada Hollandiyanın ən qədim sənət tarixi kitabları saxlanılır.
6. Təbiət tarixi muzeyi London
Londonun möhtəşəm Romanesk memarlığına sahib, həm böyüklər, həm də uşaqlar üçün qaçırılmaması lazımdır olan bir muzeyidir.
Quşlardan dəniz canlılarına, həşəratlardan nəsli kəsilmiş növlərə qədər minlərlə müqəvva nümunəsi sərgilənir.
Yüksək tavanlı "Hintze Hall" zalında ziyarətçiləri ilk olaraq "Hope" adlı göy balinanın nəhəng skeleti qarşılayır.
7. Qin Shi Huang mavzoleyi sahə muzeyi, Xi'an Çin
UNESCO-nun siyahısında yer alan muzey, Çinin ilk imperatoru Qin Shi Huangın ordusunu təsvir edən qədim Terrakotta döyüşçülərinə (gilli əsgərlər) ev sahibliyi edir.
Minlərlə əsgər, süvari və zabit heykəli döyüş nizamı ilə dərin quyularda yerləşdirilib. Ziyarətçilər xüsusi yüksəldilmiş platformalardan bu nəhəng mənzərəni və detalları izləyə bilirlər.
8. Kennedy kosmik mərkəzi ziyarətçi kompleksi, Florida
NASA-nın real kosmik gəmilərinin buraxıldığı Merritt adasında yerləşir və dünyanın en fərqli muzey təcrübələrindən biri hesab olunur.
Kosmosla bağlı hər şeyin mərkəzi olan bu məkanda "Saturn V" raketindən tutmuş "Space Shuttle Atlantis" gəmisinə qədər bir çox mühüm kosmik aparatları görmək və real bir astronavtla tanış olmaq mümkündür.
9. Vatikan muzeyləri, Vatikan
Ümumi məlumat: İtaliyanın "Əbədi Şəhər"inin (Romanın) mərkəzində yerləşir və tarixin ən böyük sənətkarlarının rəsmlərini, heykəllərini və divar xalçalarını sığındırır.
Rafaelin otaqlarında "Madonna di Foligno" kimi əsərlər nümayiş olunur.
Muzeyin ən zirvə nöqtəsi Papanın xüsusi ibadətgahı olan bu yerdir. Divar və tavan rəsmləri (fresklər) ilə məşhur olan bu kapellada fotoşəkil çəkmək qəti qadağandır.
10. Gələcək muzeyi, Dubai
Keçmişə fokuslanmaq əvəzinə, insanlığın gələcək inkişafını və innovasiya gücünü araşdıran, yumurta formasına bənzər memarlığı ilə elmi-fantastika həvəskarlarını cəlb edən fərqli bir məkandır.
Muzeyin yeddi bölməsində kosmos səyahəti, süni intellekt, sağlamlıq və nəqliyyat kimi sahələr "qarışıq reallıq" (mixed reality) texnologiyası ilə təqdim olunur.
Ziyarətçilər burada Amazon yağış meşələrinə və Aya virtual səyahət edə bilər, real robot bələdçilər, holoqram müəllimlər, 3D qida istehsalı və sıfır qravitasiya (çəkisizlik) simulyasiyası ilə qarşılaşa bilərlər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Time Out seçdi: Dünyanın ən təsirli 10 muzeyi
-
Bronzer necə çəkilir? daha enerjili görünən dərinin sırrı
-
Toyuq tantuni resepti
-
Dietoloqdan vacib məsləhət: Dondurma seçərkən bunlara baxın
-
Uşaqlara niyə inək südü vermək olmaz?
-
Səhər su içmək niyə bu qədər vacibdir?
-
Bu balıq növünü yeməyin - Yaşlı insanlara xəbərdarlıq
-
Çiçəklərinizə şərbət tökün - dəyişikliyə inanmayacaqsınız
-
Ayrılıq səbəbini açıqladı
-
Qatığın qatılığını qorumaq üçün sadə üsul
-
Tacir qalmaqallı görüntüsündən danışdı: “Baldırım açıq deyildi"
-
Maştağada baş verən yanğın məhdudlaşdırılıb
-
Biləsuvarda ağır qəza - ölən var - FOTO
-
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
-
Günün qoroskopu: Maddi məsələlər bu gün diqqət mərkəzində olacaq
-
"Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
-
"Uzak Şehir" tamaşaçılarına pis xəbər - FOTO
-
“Qarabağ”ın iki futbolçusu Çempionlar Liqasının ən yaxşıları arasında
-
“Məni ilk anam yox, onun səsi qarşıladı”
-
Tramp Tehranla bağlı xəbərləri təkzib etdi
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Naxçıvandakı ağır qəzada ölənlərin sayı artıb
-
"34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir"
-
Qoyun otaran çoban qayalıqda xəzinə tapıb - VİDEO





