Bronzer necə çəkilir? daha enerjili görünən dərinin sirri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir bronzerin yaxşı görünüb-görünmədiyini ilk baxışdan anlamaq mümkündür. Çünki doğru tətbiq edildikdə bronzer özünü bəlli etmir; üz daha canlı, isti və enerjili görünür, lakin bunun səbəbi tam olaraq başa düşülmür. Sanki bir neçə gün tətil etmiş, günəş görmüş və ya sadəcə çox yaxşı yatmış kimi bir effekt yaradır. Son dövrlərdə makiyajda qüsursuz və ağır görünən üzlər əvəzinə, daha real görünən dərinin ön plana çıxması bronzeri sevilən məhsullardan birinə çevirib. Lakin bronzer makiyajda ən asan ifrata varıla bilən məhsullardandır. Səhv ton seçildikdə, çox çəkildikdə və ya üzün yanlış nahiyələrinə yerləşdirildikdə makiyajı ağır göstərə bilər. Bu səbəbdən yaxşı bronzer tətbiqinin sirri daha az məhsul istifadə etməkdə və onu doğru nöqtələrə yerləşdirməkdə gizlidir.
Milli.Az xəbər verir ki, bronzer istifadə edərkən edilən ən böyük səhv, ondan üzü incəltmək üçün istifadə etməkdir. Çünki bronzerin əsas vəzifəsi kölgə yaratmaq deyil, dəriyə isti tonlar bəxş etməkdir.
Kontur məhsulları daha soyuq və boz alt tonlu olduğu halda, bronzerlər günəşdən qaralmış effekti verən qızılı, karamel və ya isti tonlara sahib olur. Kontur üzü daha kəskin göstərir, bronzer isə daha yumşaq bir görünüş yaradır.
Makiyaj ustaları bronzeri adətən günəşin təbii olaraq vurduğu nahiyələrə - alın ətrafına, gicgahlara, yanaqların üst hissəsinə və burun xəttinə tətbiq edirlər.
Dəri tonunuza uyğun bronzer seçin
Məhsulun üzdə süni qalmasının səbəbi çox vaxt səhv ton seçimidir. Lazımından daha tünd və ya həddindən artıq narıncı məhsullar dəri ilə bütünləşmir. Mütəxəssislər dərinin öz tonundan sadəcə 1 və ya 2 ton tünd olan bronzer seçməyi məsləhət görürlər.
Açıq dərili insanlarda şaftalıya yaxın yumşaq isti tonlar daha təbii durur. Zeytun (buğdayı) alt tonlu dərilər neytral qəhvəyi rənglərlə daha yaxşı uzlaşır. Soyuq alt tonlu dərilərdə isə həddindən artıq narıncı məhsullar dərinin təbii rəngi ilə ziddiyyət təşkil edir.
Bronzeri üzün müəyyən yerlərinə çəkin
Ən təbii nəticə üçün bir çox makiyaj ustası bronzeri "3 forması" texnikası ilə tətbiq edir. Fırça alın kənarından başlayaraq gicgahlara, oradan yanaqlara və çənə xəttinə doğru hərəkət etdirilir. Beləcə, üz cizgiləri sərtləşmədən ölçü qazanır.
Burada mühüm detal bronzeri üzün mərkəzinə (ortasına) çox yaymamaqdır. Məhsul üzün ortasında sıxlaşdıqda dəri çirkli və ya ağır görünə bilər.
Az məhsulla, qat-qat irəliləyin
Peşəkarların ortaq rəyinə görə, az məhsul hər zaman daha yaxşı nəticə verir. Bronzer qat-qat tətbiq edildikdə təbii görünür. Birdən-birə intensiv rəng vurmaq dərinin toxumasını sərtləşdirir.
Böyük və yumşaq fırçalar ən yaxşı tətbiq alətlərindən biri hazır olunur. Məhsul fırçaya yüngülcə alınır, artığı çırpılır və rəng üzə yavaş-yavaş yerləşdirilir. Təbii bronzerin sərhədləri bəlli olmamalı, o, dəri ilə qarışıb gün işığında belə təbii görünməlidir.
Krem bronzerlərdən qorxmayın
Pudra bronzerlər praktiki və qalıcı olsa da, krem teksturalar dəri ilə daha asan qaynayıb-qarışır. Xüsusilə quru və ya mat görünən dərilərdə tonal kremin (fondöten) üstündə süni bir təbəqə kimi dayanmır, sanki dərinin daxilindən gələn bir istilik hissi yaradır.
Krem bronzeri birbaşa bütün üzə yaymaq əvəzinə, kiçik nöqtələr halında tətbiq etmək daha yaxşı nəticə verir. Elmacıq sümüklərinin üstünə, gicgahlara və alın kənarlarına yüngülcə qoyulan məhsul; nəmli süngər, yumşaq bir fırça və ya barmaq ucları ilə dağıdılmalıdır.
Makiyaj ustalarının tez-tez istifadə etdiyi üsullardan biri də krem bronzeri tonal kremdən dərhal sonra, pudra məhsullarından isə əvvəl tətbiq etməkdir. Bu, məhsulun dəri ilə daha yaxşı qaynaşmasını təmin edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şahzadə Diananın qardaşı onun barəsində sensasion kitab yazdı: “Yalanları ifşa edəcəyəm”
-
Avqustun sonu bu bürclərin üzü güləcək
-
Səyahət etmək bahalaşacaq: Biletlərin qiyməti...
-
Android telefonu oğurlananda bu funksiyaları aktiv edin: Özü kilidlənəcək
-
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
-
92 yaşlı Hollivud əfsanəsi illər sonra kamera önündə - (Foto)
XƏBƏR LENTİ
-
Oteldə iş yoldaşını öldürən şəxsin cəzası bəlli oldu
-
Şahzadə Diananın qardaşı onun barəsində sensasion kitab yazdı: “Yalanları ifşa edəcəyəm”
-
Avqustun sonu bu bürclərin üzü güləcək
-
44 il sonra evlənəcəklər - (Foto)
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə hücum edildi
-
Şimali Koreyanın 57 nüvə silahına malikdir
-
“Bu kəndlər Ermənistan ərazisi deyil”
-
Göyçayda başına ot presi düşən kişi öldü
-
Kürdəxanıda tikinti materialları yanıb - (Yenilənib)
-
İçib canlı yayımda söyüş söydü - Üç uşaq anası olan tiktoker tutuldu
-
Səyahət etmək bahalaşacaq: Biletlərin qiyməti...
-
Android telefonu oğurlananda bu funksiyaları aktiv edin: Özü kilidlənəcək
-
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
-
Nazir onu işdən çıxardı
-
Pünhan Əlizadəyə vəzifə verildi
-
Azərbaycanda müəllim vəfat etdi
-
Konqres məşhur milyarderi hədələdi - Epşteyn işi böyüyür
-
Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq
-
Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər
-
92 yaşlı Hollivud əfsanəsi illər sonra kamera önündə - (Foto)
-
Hərbi biletlə bağlı qərar: 200 manat...
-
Nadir Hacıyev vəfat etdi
-
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
-
"İlyasın kafesi" də bağladı





