"Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Turan Tovuz UEFA-nın klubla bağlı qəbul etdiyi qərardan sonra rəsmi açıqlama yayıb.
Milli.Az-ın məlumatına görə, klub bəyan edib ki, 2025/2026 mövsümünü Premyer Liqada üçüncü pillədə başa vuraraq idman prinsiplərinə uyğun şəkildə UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Lakin UEFA İntizam Komitəsinin apardığı araşdırmadan sonra komandanın 2026/2027 mövsümündə Avropa turnirlərində iştirakına icazə verilməyib.
Məlumata görə, qərarın qəbul edilməsində AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarı əsas götürülüb. Həmin qərarla o dövrdə I Divizionda çıxış edən komandanın yeddi futbolçusu futbolla bağlı bütün fəaliyyət növlərindən uzaqlaşdırılmışdı.
"Turan Tovuz" rəhbərliyi qərarla razılaşmadığını bildirərək hüquqlarını müdafiə etmək üçün bütün hüquqi imkanlardan istifadə edəcəyini açıqlayıb. Klubun məlumatına əsasən, məsələ ilə bağlı yaxın günlərdə İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediləcək və qərarın yenidən nəzərdən keçirilməsi tələb olunacaq.
Klub həmçinin vurğulayıb ki, UEFA-nın qərarına baxmayaraq, Avrokuboklara hazırlıq planlarında hər hansı dəyişiklik nəzərdə tutulmur. Komandanın bu ay bir araya gələcəyi və hazırlıq prosesinin davamı üçün Türkiyədə təlim-məşq toplanışına yollanacağı bildirilib.
"Turan Tovuz"un açıqlaması futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Azarkeşlər və idman mütəxəssisləri klubun CAS-a müraciətinin nəticələrini maraqla gözləyirlər.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
Tanınmış güləşçi vəfat etdi - (Foto)
-
Məşhur İtaliya klubu itlə müqavilə imzaladı
-
"Mançester Yunayted" FIFA-ya şikayət edəcək
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
XƏBƏR LENTİ
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər
-
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
-
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir - təxribat
-
Hövsanda su problemi nə vaxt həll olunacaq?
-
Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
-
Bakıda kanalizasiyaya düşərək ölən gəncin işi üzrə vəzifəli şəxsə hökm oxundu
-
Abşeron xəstəxanasında həkimlə bağlı iddiaya rəsmi açıqlama
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)
-
BDU-nun dosentinin intiharından əvvəl yazdığı məktub üzə çıxdı
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
-
Bakıda küləyin sürəti 28 m/san-yə çatacaq - Xəbərdarlıq
-
Tanınmış xanəndənin anası ilə oğlu ilk dəfə efirdə (Video)
-
265 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Ermənistanda dövlət qulluqçularına sosial paket verilməsi dayandırılır
-
Azərbaycanlı aktrisanın qazancı "dodaq uçuqlatdı": 135 min manat...
-
Bəşir Süleymanlıya hökm oxundu - 7 il 6 ay həbs cəzası
-
Baqrat Qalstanyanın ev dustaqlığı uzadıldı
-
Məktəblərdə riyaziyyat fənni yenilənir
-
Avropa Komissiyasına kiberhücum: Şəxsi məlumatlar təhlükə altına düşdü
-
“Real” braziliyalı ulduzunu 60 milyona satmağa hazırdır
-
İranın ağası və... dığası - Yunus Oğuz yazır
-
Təzyiq xəstələrinə şad xəbər - Dərmanlar pulsuz olacaq
-
İsmayıllıda qanunsuz heyvan kəsiminin qarşısı alındı





