Pelenin forması rekord qiymətə SATIŞA ÇIXARILDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya futbolunun əfsanəsi Pelenin 1958-ci il dünya çempionatının finalında geyindiyi forma hərraca çıxarılacaq.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, tarixi idman geyimi 6 milyon dollardan artıq məbləğdə qiymətləndirilir. Forma iyulun əvvəlindən etibarən nümayiş etdiriləcək, hərracın isə iyulun 16-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Pele həmin vaxt cəmi 17 yaşında idi. O, İsveç millisinə qarşı keçirilən final qarşılaşmasında iki qol vuraraq Braziliyanın 5:2 hesablı qələbəsində mühüm rol oynamışdı. Bu zəfər Braziliya futbol tarixinin ən yaddaqalan uğurlarından biri hesab olunur.
Mütəxəssislər hesab edirlər ki, əfsanəvi "10 nömrə"nin forması idman tarixində ən bahalı satışlardan birinə çevrilə bilər. Hazırda bu sahədə rekord Diyeqo Maradonaya məxsusdur. Onun 1986-cı il dünya çempionatında İngiltərəyə qarşı matçda geyindiyi məşhur forması milyonlarla dollara satılmışdı.
Məlumata əsasən, Pele final oyunundan sonra formanı komanda yoldaşı və yaxın dostu Didaya hədiyyə edib. Uzun illər ailə tərəfindən qorunan bu nadir idman əşyası sonradan kolleksiya bazarına çıxarılıb.
Hərrac iyunun 29-dan iyulun 16-na qədər davam edəcək. Lotun ilkin qiymətləndirilməsi təxminən 6 milyon dollar təşkil edir.
Tarixi formanın hərraca çıxarılması futbol azarkeşləri və kolleksiyaçılar arasında böyük maraq doğurub.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq
-
"Turan Tovuz" "Qəbələ"yə qarşı
-
“Uzaqlıq”da Aygün–Röya görüşü - (Video)
-
Sadır Japarov yenidən namizəd olacaq
-
"AKİ-nin sədri Əli İsa Cabbarov olacaqsa, Prezident seçkilərində “Milyarderlər İttifaqı”nın namizədi kimi çıxış edəcək" - Rza Rzayev
-
Günel Zeynalova: "Rəhmanımın anası, Tunarımın dəyərlisi..." - (Foto)
-
Rus bloqer Qazaxıstandan qovuldu
-
BDYPİ-dən piyadalara çağırış - (Video)
-
Kolumbiyada zəlzələ qurbanlarının sayı artdı
-
Qızıl və gümüş qiymətləri ucuzlaşdı
-
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənildi
-
Kolleclərə qəbulun nəticəsi açıqlandı
-
Polşada sərxoş halda avtobus sürən azərbaycanlı tutuldu - (Foto)
-
"Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
-
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olundu - (Foto)
-
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol - (Video)
-
Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq
-
Yıldız Tilbe özündən çıxdı, mühafizəçiyə əsəbiləşdi - (Video)
-
Qahirədə güclü partlayış - Ölənlər və yaralananlar var
-
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
-
O da "Fənərbağça"dan ayrıldı: Yeni klubu bəlli oldu
-
Yanğın törədən 5 nəfər tutuldu
-
Jurnalist ömrünün unudulmaz anları - Yol. Tale. İmza
-
“Instagram”da 10 il sonra dəyişiklik - (Foto)





