Dünya

"Cavab zərbələri ABŞ-yə dərs olmalıdır"

3 İyun 2026 12:09
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-yə qarşı həyata keçirilən cavab zərbələri ona dərs olmalıdır.

Milli.Az xəbər verir ki, bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Açıqlamada bildirilir ki, ötən gecə ABŞ ordusu Hörmüz boğazı yaxınlığında İran neft tankerinə hava zərbəsi endirib və nəticədə tankerin mühərrik bölməsi zədələnib.

"Bu təcavüz aktına və Hörmüz boğazında qüvvədə olan qaydaların pozulmasına cavab olaraq, Amerikanın və İsrailin gəmisi sayılan "Panaya" adlı gəmi SEPAH Hərbi Dəniz Qüvvələrinin raketləri ilə hədəfə alınıb", - bəyanatda qeyd olunub.

"Biz əvvəllər xəbərdarlıq etmişdik ki, istənilən təcavüz daha sərt və fərqli cavabla qarşılanacaq və biz buna uyğun hərəkət etdik. Bu cavablar dərs olmalıdır", - SEPAH əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.