Ələt-Astara yolunda ağır qəza - Sükan arxasında yuxuladı... - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sükan arxasında yuxulaması ehtimal olunan sürücü həyatını itirdi.
Milli.Az xəbər verir ki, iyunun 2-si saat 23 radələrində, Ələt-Astara avtomobil yolunun 90-cı kilometrində, Xırmandalı kəndinin ərazisində Aləddin Babayevin idarə etdiyi "Ford Transit" markalı avtomobil qarşıda gedən Kəramət Ağayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin bu şəkildə toqquşması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir. Sözügedən yol-nəqliyyat hadisəsində də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - (Foto-Video)
-
Məktəblərdə payız tətili başa çatıb
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır?
-
Bakıda aparıcı ad gününü keçirdikdən sonra faciəvi şəkildə öldü (Foto-Video)
-
Prezident İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir (Video)
-
10 gündə 4,2 kilo arıqladan "Yapon pəhrizi": 10 günlük menyu və qaydalar
-
Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər - xəbərdarlıq
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib





