Hadisə

Gəncədə qəzada xəsarət alanların adları açıqlanıb - YENİLƏNİB - FOTO

20 Mart 2026 00:40
Baxış: 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları məlum olub.

Milli.Az xəbər verir ki, qəza nəticəsində 1997-ci il təvəllüdlü N.Yusibova, 1967-ci il təvəllüdlü A.Ramazanova, 2002-ci il təvəllüdlü M.Ramazanova, 1983-cü il təvəllüdlü M.Həsənova və X.Həsənov xəsarət alıb.

Hazırda xəsarət alan şəxslərin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

------

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "KİA"markalı minik avtomobili toqquşub. Qəzadan sonra avtomobillərin biri idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.

Nəticədə iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza baş verən ərazidə tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.