Bakıda sürücü şlaqbaumu gec açdığına görə yaşlı mühafizəçini döyüb.
Milli.Az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Xocalı prospekti, 29 ünvanında qeydə alınıb.
Məlumata görə, "Mercedes" markalı, 99-ZN-800 dövlət nömrə nişanlı avtomobilin Nəriman adlı sürücüsü martın 1-də məhəllənin girişindəki şlaqbaumu qıraraq həyətə daxil olub. Bu gün isə ərazidə şlaqbauma nəzarət edən 66 yaşlı mühafizəçini döyüb.
Səbəb kimi isə mühafizəçinin şlaqbaumu gec açdığını göstərib. Ətrafdakı insanların müdaxiləsindən sonra davanın qarşısı alınıb. Bununla belə, "Mercedes"in sürücüsü mühafizəçiyə ciddi xəsarətlər yetirib. Sakinlərin bildirdiyinə görə, Xətai Rayon Polis İdarəsinə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü N.Zeynalov müəyyən olunaraq saxlanılıb. Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Araşdırmalar davam etdirilir.
Milli.Az





