İdman

ÇL-də həftənin ən yaxşısı seçildi

20 Mart 2026 00:24
Baxış: 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın braziliyalı vingeri Rafinya UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına layiq görülüb.

Milli.Az xəbər verir ki, 28 yaşlı hücumçu bu uğura "Nyukasl"a qarşı keçirilən cavab qarşılaşmasındakı möhtəşəm performansı ilə nail olub.

Belə ki, Kataloniya təmsilçisinin 7:2 hesablı darmadağınla qalib gəldiyi oyunda Rafinya iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, braziliyalı oyunçu azarkeşlər arasında keçirilən səsvermədə rəqiblərini böyük fərqlə qabaqlayıb. O, siyahıda yer alan "Sportinq"dən Fransişku Trinkau, "Real Madrid"in ulduzu Vinisius Junior və "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslaini geridə qoyaraq həftənin bir nömrəsi seçilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.