Hadisə

Azərbaycanda eyni FACİƏ: Ailənin ikinci uşağı da öldü - VİDEO

13 Mart 2026 10:03
Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yevlaxda bir ailənin 2-ci uşağı da eyni arxa düşərək dünyasını dəyişib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

8 uşaqlı ailənin ən kiçik övladı olan 1 yaş 4 aylıq oğlan küçədə çirkab sular axan arxa düşüb. Bu zaman azyaşlının digər qardaşı hadisə barədə anasına xəbər verib. Yaxınları uşağı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəhərin Üzeyir Hacıbəyli küçəsində yaşayan sakinlər bildiriblər ki, baş verən bədbəxt hadisə ərazidə ilk deyil. Bir neçə il öncə həmin ailənin azyaşlı övladlarından biri də bu arxa düşərək həyatını itirib. Küçənin kanalizasiya sularının axıdıldığı arx artıq sakinlərin kabusuna çevrilib.

Məlumata görə, 8 uşaqlı ailənin başçısı Məhəmməd Bəkirov 8 ay öncə xəstəlikdən dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.