Bakı-Şamaxı yolunda sərnişin avtobusu qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, "KamAZ" markalı yük avtomobili 114 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Hadisənin bu gün səhər saatlarında baş verdiyi qeyd olunur. Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Hadisənin təfərrüatı ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb./Oxu.az
Milli.Az





