Hadisə

Bakıda zəncirvari qəza - Avtobuslar bir-birinə çırpıldı - VİDEO

12 Fevral 2026 19:30
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Müzəffər Həsənov küçəsində - metronun "20 Yanvar" stansiyasının qarşısında 3 avtobus toqquşub.

Belə ki, "Bakubus"a məxsus olan 14 saylı xəttin BYD, 194 saylı xəttə məxsus olan "KingLong" və 159 saylı xətt üzrə işləyən "İsuzu" markalı avtobuslar bir-birinə çırpılıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da nəqliyyat vasitələrinə xeyli ziyan dəyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.