Hadisə

Qənimət Zahid 2013-cü ildə Azərbaycanı KTMT-yə üzv etmək vədini verib - VİDEO

12 Fevral 2026 13:55
Baxış: 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

Milli.Az xəbər verir ki, DTX-nin məlumatında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zayıdov Qənimət Səlim oğlunun AXCP-nin sədri Kərimli Əli Əmirhüseyn oğlunun adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə apardığı danışıqların səs yazısı yayılıb.

Belə ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparıb, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət edib, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd edib, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.

Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir./Trend

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.