Hadisə

Ananın imtina etdiyi 40 günlük körpənin vəziyyəti açıqlandı

12 Fevral 2026 11:15
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə anası tərəfindən imtina olunan 40 günlük körpənin vəziyyəti açıqlanıb. 

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib. 

Bildirilib ki, fevralın 10-u saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.

Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, anası 40 günlük körpəni Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.