Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 378 kvadratmetr olan obyektin 330 kvadratmetr hissəsi içərisindəki əşyalarla birlikdə yanıb, sexin 48 kvadratmetrlik otağı içərisindəki əşyalarla birlikdə və sexə bitişik 3 fərdi yaşayış evi yanğından mühafizə olunub.
Milli.Az





