Hadisə

Paytaxtdakı yanğında xəsarət olan olub?

11 Fevral 2026 15:06
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində üç nəfərə yerində ilkin tibbi yardım olunub.

Milli.Az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevralın 11-i saat 11:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu, Cavanşir küçəsindən yanğın baş verməsi səbəbi ilə çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfərə yerində ilkin tibbi yardım olunub".

Xatırladaq ki, bu gün Xətai rayonu, Cavanşir küçəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yanğın baş verib və qısa müddətdə söndürülüb./Oxu.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.