Hadisə

Güllələnən müəllimdən yeni XƏBƏR VAR

11 Fevral 2026 10:44
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin davam etdirildiyi bildirilib:

"1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəlliməsi odlu silahdan atəş açaraq Şəhla Kamilovanı güllələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.