Hadisə

Bağırov tunelində geriyə hərəkət edən TIR-ın səbəb olduğu qəza - ANBAAN VİDEO

4 Fevral 2026 12:22
Baxış: 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti "Koroğlu" metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, ilkin ehtimala görə, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından "Bağırov" tunelindən keçə bilməyib:

"O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb"./Trend

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.