Türkiyə

Türkiyədə narkotik əməliyyatı: Daha bir məşhur saxlanıldı

4 Fevral 2026 13:09
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik və fahişəlik istintaqı çərçivəsində 27 şübhəli haqqında həbs qərarı verilib.

Milli.Az xəbər verir ki, polis tərəfindən keçirilən əməliyyat zamanı aralarında Dilek İmamoğlunun qardaşı Ali Kaya da olmaqla 19 nəfər saxlanılıb.

Şübhəlilər "narkotik və ya stimullaşdırıcı maddə saxlamaq", "narkotik istifadəsinə kömək etmək" və "fahişəliyə təhrik etmək, vasitəçilik etmək və ya yer təmin etmək" ittihamları ilə üzləşirlər.

Əməliyyat İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.