İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik və fahişəlik istintaqı çərçivəsində 27 şübhəli haqqında həbs qərarı verilib.
Milli.Az xəbər verir ki, polis tərəfindən keçirilən əməliyyat zamanı aralarında Dilek İmamoğlunun qardaşı Ali Kaya da olmaqla 19 nəfər saxlanılıb.
Şübhəlilər "narkotik və ya stimullaşdırıcı maddə saxlamaq", "narkotik istifadəsinə kömək etmək" və "fahişəliyə təhrik etmək, vasitəçilik etmək və ya yer təmin etmək" ittihamları ilə üzləşirlər.
Əməliyyat İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Milli.Az