ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi yeni Epşteyn sənədlərində sensasiyalı iddia yer alıb.
Milli.Az xəbər verir ki, sənədlərə görə, Ceffri Epşteynin keçmiş köməkçisi FTB-yə verdiyi ifadədə Donald Trampı həyat yoldaşı Melaniya ilə məhz Epşteynin tanış etdiyini bildirib.
2019-cu ildə, Epşteynin həbsindən qısa müddət sonra verilən bu ifadə yalan ifadə cəzası altında qeydə alınıb. Sənəddə adı açıqlanmayan qadın 2005-2006-cı illərdə Epşteynin köməkçisi kimi çalışdığını deyib. İddia Tramp və Melaniyanın indiyədək açıqladıqları tanışlıq hekayəsi ilə ziddiyyət təşkil edir.
Ağ Ev isə bildirib ki, Epşteyn sənədlərində təsdiqlənməmiş və yalan məlumatlar ola bilər. Donald Tramp da daha əvvəl Epşteynin Melaniya ilə tanışlığa heç bir aidiyyəti olmadığını bəyan edib.
Fidan
Milli.Az





