Xaricdə lüks sərvət: Ümid Abuzərlinin Rumıniyada 40 villası necə əldə olunub? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mediada Salyanın keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərlinin Rumıniyada çoxsaylı mənzillər almasına dair məlumatlar geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, Ü.Abuzərlinin mətbuata açıqlama verərək xaricdə mülklər almasını hökumət fəaliyyəti ilə əlaqələndirməsi bu müzakirələri daha da artırıb.
Məsələyə münasibət bildirən şəxslər Azərbaycanda əldə edilmiş vəsaitlərin bu şəkildə xaricdə sərf edilməsinin düzgün olmadığını bildiriblər. Bununla yanaşı, Ümid Abuzərlinin guya 25 ildir Rumıniyada yaşaması barədə dedikləri də təsdiqini tapmayıb.
Belə ki, apardığımız kiçik araşdırma sabiq icra başçısının oğlunun son illərədək Azərbaycanda yaşadığını və müxtəlif qurumlarda çalışdığını ortaya çıxarır.
Əvvəllər "Level Up Təhsil və İnkişaf Mərkəzi"nin təsisçisi kimi tanınan Ümid Abuzərli 2015-ci ildə Yeni Azərbaycan Partiyasının fəal gənclərindən biri laraq burada vəzifəyə təyin edilib. Ü.Abuzərli YAP-ın Gənclər Birliyinin Ofisinin koordinatoru kimi xarici ölkələrdə səfərlərdə olub. Bundan sonra isə Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq Təşkilatlarla Əlaqələr şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Sədr Nazim İbrahimovun vaxtında gerçəkləşən bu təyinat birmənalı qarşılanmamış və narazılığa səbəb olmuşdu.
Daha sonra Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən Federasiyanın ümumi yığıncağında növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli isə vitse-prezident vəzifəsinə təsdiq ediliblər.
Rumıniyada yeni alınan yaşayış kompleksi
.png)
25 ildir Rumıniyada yaşadığını deyən Ümidin qardaşı Həmzənin isə bu ölkə ilə həqiqətən bağlılığı mövcuddur. Mətbuatda yer alan məlumatlarda Həmzənin adı Adnan Əhmədzadənin yaxın adamları və ortaqları siyahısında da yer alır. Belə ki, həmin siyahıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimova da rast gəlinir. Həmçinin yayılan məlumatlarda onların digər qardaşı Turalın Rumıniyada qeyri-qanuni fəaliyyət göstərdiyi və istintaqa cəlb edildiyi bildirilir.
Belə ki, T.Kərimov bir sıra SOCAR qaz stansiyalarının tikintisi ilə əlaqədar Rumıniya prokurorları tərəfindən çirkli pulların yuyulması və dövlət büdcəsinə yanlış informasiya verməkdə ittiham olunub. İstintaq hələ də davam edir.
Həmzə Kərimov OCCRP-ə bildirib ki, qardaşı Rumıniyada çox sərmayə yatıran yaxşı insandır və prokurorlar ona qarşı yalan ittiham irəli sürüblər.
Fotoda Həmzə Kərimov

7news.az-ın məlumatına görə, Kərimov qardaşlarının və tərəfdaşlarının hekayəsi təxminən 10 il bundan əvvəl, Həmzə Kərimovun Buxarestə gəlməsi ilə başlayıb. 23 yaşlı Həmzənin missiyası şəhərin ilk SOCAR ofisini idarə etmək idi. Onun qardaşı Tural daha sonra daşınmaz əmlak sahəsində işə başlayıb və eyni zamanda qısa müddət ARDNŞ-nin iqtisadi şöbəsində işləyib. Onların atası Tahir Kərimov 2016-cı ilin martında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vəzifədən azad olunana qədər Salyanda icra başçısı işləmiş mühüm siyasi şəxs idi.
Tahir Kərimov daha çox 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə "Roma imperatoru"na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu.
O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırılmasına gətirib çıxarmışdı.
T.Kərimov daha əvvəllər Z. Tağıyev adına "Balıqhisləmə" zavodunun direktoru, "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinə rəhbərlik edib, oradan da Salyana göndərilmişdi.
Fotoda Tahir Kərimov

"Qaynarinfo"nun məlumatına görə, onun oğlu Ümid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007-2024-cü illər arasında "SOCAR Petroleum SA" şirkətinə rəhbərlik edib.
"Memaar Capital" Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahibdir və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir.
Yeni layihə "Harmony Homes" adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan 2 mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi "Alexander Residence" adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə "Memaar Capital" şirkətinin nəzarətinə keçib.
Mediada yayılan bütün məlumatlarla bağlı Demokrat.az-a açıqlama verən Abuzərli heç bir qanunsuz işlə məşğul olmadığını vurğulayıb.
"Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik. Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq", - o əlavə edib.
Qeyd edək ki, Rumıniyanın "Profit.ro" portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb. Ü.Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Buxarest şəhərinin şimal kənarında, İlfov qraflığının Voluntari bölgəsindəki Pipera məhəlləsində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.
Fotoda Ümid Abuzərli

Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fövqəladə hallar statistikası açıqlandı: Partlayışlar artır, yanğınlar azalır
-
AFFA "Zirə"ni cərimələdi
-
Paytaxtın mərkəzində baş verən dəhşətli qəzanın VİDEOsu
-
Gürcüstanda ağır QƏZA - 7 azərbaycanlı gənc öldü - ANBAAN VİDEO
-
Penitensiar xidmət və DİN-dən birgə əməliyyat: Silah aşkarlandı
-
Yusif Həsənbəy dünyasını DƏYİŞDİ
XƏBƏR LENTİ
-
Pomidorun qabığını tez soymağın 3 asan üsulu
-
Dünyanın ən zəhərli canlısı bu İMİŞ - 5 dəqiqəyə ÖLDÜRÜR
-
Polkovnik vəfat etdi - FOTO
-
Kola qapağındakı kiçik dəliyin sirri açıldı
-
Əraqçi: İranla bağlı məsələlərin hərbi həlli yoxdur
-
"Kızılcık şerbeti"ndə ardıcıl vidalar - FOTO
-
Günün qoroskopu: bir qədər geri çəkilərək düşünmək istəyirsiniz
-
Çin “Boeing”dən 200 təyyarə sifariş edir
-
Təmsilçimiz “Avroviziya-2026”nın ikinci yarımfinalında çıxış edib
-
"Xarıbülbül" festivalı xalqlarımızı birləşdirir - Özbəkistandan olan iştirakçı
-
Alleqri "Milan"dan ayrılmağı düşünür
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazanıb
-
Kondisioneri qoşmazdan əvvəl bu düyməni basın: İşıq pulu yarıbayarı azalır
-
Yepiskop vətəndaşı niyə məhkəməyə verib? Mənəvi həll, yoxsa hüquqi təzyiq?
-
Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
PSJ rəhbərliyi "Real"ın ulduzu üçün rəsmi danışıqlara başlayıb - FOTO
-
Kiyevə zərbələr nəticəsində ölənlərin sayı artdı
-
Bakıda yeni tunellər tikiləcək - Ərazilər açıqlandı
-
Qiymənin topalanma problemini həll etmək çox sadə imiş
-
Eşqə məsafəli 5 bürc: Qəlblərinə yol tapmaq çox çətindir
-
Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO
-
Vado Korovinin daha 2 yaxın kadrı işdən çıxarıldı - FOTO
-
Nazir Elvin Məmmədova vəzifə verdi
-
Hər telefonda olan tətbiq 4 QB-lıq faylı gizlicə yükləyir: Parametrləri dərhal dəyişin





