Dünyanın ən qədim ağaclarının altında bənzərsiz kəşfə imza atdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çilidə "Böyükbaba Alerse" ağacının köklərində kəşf edilən 361 fərqli göbələk növü ağacın "ikinci genomu" kimi xarakterizə edilib. İqlim böhranına qarşı nəhəng bir karbon anbarı rolunu oynayan bu gizli ekosiste bir ağac aşanda nəhəng yaşam şəbəkəsinin necə çökdüyünü göstərir.
Milli.Az xəbər verir ki, elm dünyası dünyanın ən qədim canlılarından biri olan Pataqoniya qaraşamının (Fitzroya cupressoides) köklərində bənzəri görülməmiş bir ekosistem kəşf edib. "Biodiversity and Conservation" jurnalında dərc olunan beynəlxalq araşdırma 2400 yaşlı bir ağacın altında onun sağ qalmasını təmin edən nəhəng və mürəkkəb bir "yeraltı göbələk imperiyası" olduğunu ortaya qoyub.
Çilidəki Sahil sıra dağlarında aparılan tədqiqatda bölgənin ən yaşlı ağacı olan və "Böyükbaba Alerse" kimi tanınan nəhəng devin altındakı torpaq araşdırılıb. Tədqiqatçılar bu minillik nəhəngin köklərində meşənin qalan hissəsindən 2.25 dəfə daha zəngin göbələk populyasiyası aşkar ediblər.
Tam 361 fərqli göbələk növünə ev sahibliyi edən bu yeraltı şəbəkə elm adamları tərəfindən ağacın "ikinci genomu" adlandırılır. Bu mikorizal göbələklər ağaca su daşımaq, qida maddələri ilə təmin etmək və onu xəstəliklərdən qorumaqla yanaşı, həm də ətraf mühit dəyişikliklərinə uyğunlaşmasına kömək edən aktiv bir genetik kitabxana funksiyasını yerinə yetirir.
Kəşfin iqlimlə bağlı tərəfi planetin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Alerse meşələri dünyanın ən yavaş böyüyən və ən çox karbon depolayan ekosistemlərindən biridir:
Karbon anbarı: Bu göbələk şəbəkələri ildə təxminən 1 milyard ton karbonu atmosferdən çəkərək torpağın dərinliklərinə həbs edir.
Quraqlığa davamlılıq: 2100-cü ilə qədər bölgədə temperaturların 4°C artması və yağıntıların %50 azalması gözlənilərkən, bu göbələk şəbəkələri ağacların sağ qalması üçün yeganə ümid ola bilər.
"Ətraf mühitin Nobeli" kimi tanınan Tayler Mükafatı laureatı Tobi Kiers və SPUN (Yeraltı Şəbəkələri Qoruma Cəmiyyəti) komandasının rəhbərliyi ilə aparılan araşdırma sarsıdıcı bir həqiqəti xatırladır. Tədqiqatçılar vurğulayırlar ki, minillik bir ağac kəsildikdə sadəcə oduncaq itirilmir, əsrlər boyu ilmə-ilmə toxunmuş nəhəng bir həyat zənciri məhv edilir.
"Minillik bir ağacı kəssəniz, onun digər bütün növlər üzərindəki dağıdıcı təsiri kiçik bir ağacı kəsməklə müqayisədə qat-qat böyük olacaqdır."
Nəsli kəsilmək təhlükəsi ilə üzləşən Alerse ağacları bu gün ciddi təhdidlərlə qarşı-qarşıyadır. Xüsusilə meşənin çox yaxınlığından keçməsi planlaşdırılan yol layihəsi yanğın riskini, turist təzyiqini və invaziv növlərin girişini artıra biləcəyi üçün mütəxəssisləri narahat edir. 1970-ci illərdə kəsilən 3.622 yaşlı bir nümunəni xatırladan ekspertlər, təbiətin minlərlə ilə inşa etdiyinin bir neçə saatda yox edilə biləcəyi barədə dünyanı xəbərdar edirlər.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp: İran bizim şərtlərimizi qəbul etmir
-
Alimlər Ay torpağında ilk dəfə kartof yetişdirdilər
-
"Evimdə isitmə cihazı yoxdur, gödəkçə ilə yatıram" - (Video)
-
Rusiyanın atdığı raket Polşa ərazisinə düşdü – (Video)
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
XƏBƏR LENTİ
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
-
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
-
Dörd bürc noyabrın sonuna qədər varlanacaq
-
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
-
Qışda paltarları radiatorun üzərində qurutmaq təhlükəlidir - xəbərdarlıq
-
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
-
“BYD”nin yeni avtomobili 9 dəqiqəyə enerji doldurur
-
Qabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? — Maraqlı tarixçə
-
"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan
-
Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev
-
Həkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
Səməd Həsənov vəfat etdi
-
Bruno Marsa ağır itki - (Foto)
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir - (Foto)
-
Zeynalabdin Allahyarov həbs olundu
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Naftalanda 3 məktəblini maşın vurub - Yenilənib
-
"Polad Alemdar"ın son halı müzakirə yaratdı - (Foto)





