Ölkə

Yepiskop vətəndaşı niyə məhkəməyə verib? Mənəvi həll, yoxsa hüquqi təzyiq?

14 May 2026 22:57
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vətəndaş Ramil Aslanov Bakı yepiskopu Aleksiy (Smirnov) ilə arasındakı məhkəmə çəkişməsi haqda Globalinfo.az-a müraciət edib.

Milli.Az onun müraciətini kiçik redaktə ilə təqdim edir:

"Bundan öncə dəfələrlə mediada Bakı yepiskopu Aleksiy (Smirnov) Azərbaycan vətəndaşlığı aldıqdan sonra Azərbaycan vətəndaşlarını məhkəmələrlə hədələməsi və şərləmə prinsiplərinə üstünlük verməsi barədə yazılar dərc olunmuşdur. Bu, çox təəccüblüdür.

Onun əsas işlərindən biri insanların sosial vəziyyətinə, mənəvi dünyasına, həyat tərzinə və əxlaqına diqqət etməkdir. Lakin yepiskop Smirnov əsassız iddialarla məhkəmələrə müraciət edir. Vətəndaş onun barəsində yuxarı orqana şikayət etdikdə isə dərhal onu məhkəməyə sürükləyir.

Bu faktlardan biri Azərbaycan vətəndaşı R.Aslanovun şikayət etmə hüququnu əlindən almaq istəyidir. Yepiskop Aleksiy unudub ki, müsəlman ölkəsində xristian dininin təmsilçisidir. Eyni zamanda bizim dövlətimiz tolerant dövlətdir və dinlərə bərabər münasibət bəsləyir.

Aleksiy (Smirnov) gedib ədaləti bərpa etmək, mənəvi dəyərlərə diqqəti artırmaq, əsl din xadimi kimi daha ədalətli olmaq əvəzinə qərəz və təzyiq yolları ilə nə isə əldə etmək istəyir. Səmərəli işlər görmək əvəzinə, əsassız məhkəmə iddiaları verir və bu yolla mənə təzyiq göstərməyə çalışır.

Hesab edirəm ki, Rus Pravoslav Kilsəsinin Yepiskopu din xadimi olaraq, eyni zamanda humanist bir vəzifə daşıyır, həmçinin daha humanist və mərhəmətli olmalıdır. Onun idarəçiliyi, verdiyi iddia ərizəsindən və mənim şikayətimin tərcüməsindən görünür.

Xətai rayon Məhkəməsinə təqdim etdiyi iddianı belə düzgün tərcümə etdirə bilməyən yepiskov Aleksiy (Smirnov) bununla da məhkəmə sisteminə qarşı hörmətsizlik etmiş olur. Həmçinin savad və məsuliyyət dərəcəsini göstərir.

Öz növbəsində yepiskop Aleksiy (Smirnov) arqumentlərinin əsassız olmasını göstərir. Düşünürəm ki, yepiskop Aleksiy (Smirnov) Xətai rayon məhkəməsinə müraciət etməməli idi. Çünki, onun öz vəzifəsi elə ədaləti bərpa etmək, daha humanist olmaq və məsələni məhkəməyə vermədən həll etməkdir.

Xətai rayon Məhkəməsinə təqdim olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 23.12.2025-cı il tarixli 3-13-44-2/2-A-62013 saylı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsinin 21.02.2026-cı il tarixli, 3-13-51/2-14885 saylı məktubunda Nəsimi RPİ-nin istintaq şöbəsində Sveçnikov Dionisiy Pavioviç barədə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 150.3.3-cü maddəsi ilə istintaq olunmuş N-saylı cinayət işinin olduğu göstərilmişdir.

Lakin buna baxmayaraq yepiskop Aleksiy (Smirnov) Moskva Patriarxiasına yalan izahat yazmışdır. Beləliklə buradan açıq görünür ki, Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) tabe olduğu, dünyada böyük nüfuza sahib olan Moskva Patriarxiasına düzgün məlumat verməmişdir və beləliklə, Moskva Patriarxiasına bu işə gərəkli diqqət göstərməsinə şərait yaratmamışdır. 14 may 2026-cı il tarixində Xətai rayon Məhkəməsində keçirilən prosesdə tərəfimizdən təqdim edilmiş dəlil və sübutlar yepiskop Aleksiyin (Smirnov) və Dionisiy Sveçnikovun bizə qarşı qaldırdığı iddiaları hüquqi baxımdan darmadağın edilmiş, iddianın əsassız olduğu öz təstiqini tapmışdır. Lakin proses bitdikdən sonra məhkəmə iclasına sədrlik edən hakim qərarı elan etməmiş və qərarın sabah - 15.05.2026-cı ol tarixində elan ediləcəyini bildirmişdir".

Globalinfo.az qarşı tərəfində də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.