Hər telefonda olan tətbiq 4 QB-lıq faylı gizlicə yükləyir: Parametrləri dərhal dəyişin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhlükəsizlik mütəxəssisləri "Google Chrome"un istifadəçidən icazə almadan təxminən 4 QB ölçüsündəki "Gemini Nano" süni intellekt modelini cihazlara səssizcə yüklədiyini üzə çıxarıblar. Yaddaş sahəsini işğal edən və enerji istehlakını artıran bu addım texnologiya nəhəngini ağır hüquqi sanksiyalarla üz-üzə qoya bilər.
Milli.Az xəbər verir ki, dünyanın ən çox üstünlük verilən veb brauzeri "Google Chrome" bu günlərdə istifadəçi dostu xüsusiyyətləri ilə deyil, "gizli" bir yükləmə əməliyyatı ilə gündəmdədir. Tanınmış təhlükəsizlik araşdırmaçısı Aleksandr Hanff ("The Privacy Guy"), Google-un istifadəçi razılığı mexanizmindən yan keçərək, cihazlarda nəhəng ölçülərdə süni intellekt məlumatı depoladığını sənədləşdirib. Təsbit edilən təxminən 4 QB-lıq məlumat paketi Google-un yerli cihazlarda işləməsi üçün optimallaşdırdığı "Gemini Nano" modelindən başqası deyil.
Hanffın araşdırmalarına görə, Chrome sistem faylları arasında yerləşən "OptGuideOnDeviceModel" qovluğuna "weights.bin" adlı bir fayl yerləşdirir. Xüsusilə müəyyən aparat təminatı (hardware) imkanlarına malik kompüterlərdə avtomatik baş verən bu yükləmə prosesi, istifadəçiyə heç bir bildiriş təqdim edilmədən arxa planda tamamlanır. Üstəlik, istifadəçilər bu faylı əllə (manual) silsələr belə, brauzer ilk fürsətdə bu nəhəng məlumat kütləsini təkrar yükləməyə proqramlaşdırılıb.
Gemini Nano mətn yazma yardımı, tabların təşkili və fırıldaqçılığın sübutu kimi xüsusiyyətləri internet bağlantısı olmadan təqdim etməyi vəd edir. Lakin araşdırmanın diqqətçəkən digər məqamları da var:
Milyonlarla cihazda eyni vaxtda baş verən bu yükləmələrin minlərlə kilovat-saat enerji israfına yol açdığı bildirilir.
Hesabata görə, Chrome daxilindəki bir çox AI xüsusiyyəti əslində hələ də bulud (cloud) üzərindən işləyir. Bu vəziyyət 4 QB-lıq yerli modelin niyə məcburi tutulduğu sualını yaradır.
İstifadəçilərə bu xüsusiyyətlərə "qoşul" (opt-in) seçimi təqdim edilsə də, modelin artıq yüklənmiş olması etik müzakirələrə səbəb olur.
Bu hadisə ciddi bir hüquqi böhran potensialı daşıyır. Avropa Birliyinin sərt GDPR (Ümumi Məlumatların Qorunması Qaydaları) qaydaları istifadəçi rızası olmadan cihazlara məlumat işlənməsini və ya böyük miqyaslı fayl ötürülməsini qadağan edir.
Əgər cihazınızdakı yaddaş sahəsini geri qazanmaq və bu gizli məlumat trafikini dayandırmaq istəyirsinizsə, aşağıdakı addımları izləyə bilərsiniz:
Chrome-un sağ yuxarı küncündəki üç nöqtədən "Parametrlər" (Settings) bölməsinə keçin.
Sol menyuda yer alan "Sistem" (System) seçiminə klikləyin.
"Cihaz üzəri süni intellekt" (On-device AI) seçiminə daxil olaraq onu qeyri-aktiv edin.
Daha geniş təmizlik üçün ünvan çubuğuna chrome://flags yazaraq süni intellektlə bağlı eksperimental xüsusiyyətləri tamamilə bağlaya bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
XƏBƏR LENTİ
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq





