Ən təmiz hava Bakının bu ərazilərindədir - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda dünyada bir çox paytaxt şəhərlərin sakinləri ciddi hava çirkliliyi problemi ilə üz-üzədir.
Sürətli urbanizasiya, sənaye tullantıları, avtomobillərin çoxluğu və yaşıllıq sahələrinin azalması havanın keyfiyyətinə birbaşa mənfi təsir göstərir.
Xüsusilə Yeni Dehli, Pekin, Lahor, Daşkənd, Ulan-Bator, Banqkok kimi paytaxtlar tez-tez dünyanın ən çirkli havaya malik şəhərləri sırasında yer alır. Bu şəhərlərdə havanın çirklilik səviyyəsi bəzən sağlamlıq üçün təhlükəli həddə çatır.
![]()
Bakı da istisna deyil. Şəhərin mərkəzi hissələrində, xüsusilə sıx tikililərin və intensiv nəqliyyatın olduğu ərazilərdə hava keyfiyyəti hər zaman qənaətbəxş sayılmır. Lakin buna baxmayaraq, Bakıda elə müəyyən ərazilər var ki, coğrafi mövqeyi, küləkli olması, yaşıllığın və sənaye obyektlərinin azlığı səbəbindən nisbətən daha təmiz hava ilə seçilir.
Bəs Bakıda havanın daha təmiz olduğu bu ərazilər hansılardır?
Day.Az mövzunu araşdırıb.
Şəhərin şimal-şərq istiqamətində yerləşən Şüvəlan ərazisi dənizə yaxınlığı və meşəlik sahələri ilə fərqlənir. Burada sənaye obyektləri azdır və xüsusilə bağ evlərinin yerləşdiyi hissələrdə hava daha yüngül və təmiz hiss olunur. Mərdəkan da oxşar xüsusiyyətlərə malikdir. Xəzri küləkləri bu ərazidə havanın daim hərəkətdə olmasına səbəb olur, açıq sahələr və yaşıllıq isə hava keyfiyyətini müsbət təsir edir.
Kurort zonası kimi tanınan Bilgəh uzun illərdir ki, nisbətən sağlam iqlimi ilə seçilir. Burada rütubət Bakının mərkəzi hissələri ilə müqayisədə daha az hiss olunur. Görədil və Pirşağı istiqaməti də şimal küləklərinin birbaşa təsiri altında olduğundan sənaye çirklənməsindən daha az əziyyət çəkir.

Şəhərin içərisinə yaxın ərazilər arasında Badamdarın yuxarı hissələri xüsusi qeyd olunur. Təpəlik relyef və küləkli hava buranı aşağı Badamdar və mərkəzi rayonlarla müqayisədə daha təmiz edir. Bayıl ərazisinin də dənizə yaxın, əsas magistral yollardan uzaq hissələrində hava nisbətən qənaətbəxş sayılır, lakin burada yer seçimi çox önəmlidir.
Bundan əlavə, Abşeron yarımadasında yerləşən bəzi yeni salınmış bağ massivləri, xüsusilə Novxanıya yaxın ərazilər, açıq sahələr və az sıxlıq hesabına daha təmiz hava ilə seçilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - (Foto)
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Sabah səhər saat 08:00-dan bu yolda hərəkət dayandırılacaq
-
"Aygün Kazımovanın mənə 3000 dollar borcu var" - (Video)
-
"Rauf -40 dərəcə" illər sonra efirə qayıtdı - (Video)
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - (Foto)
-
"Qarabağ" və "Neftçi" cərimələndi
-
Ölkəyə girişinə qadağa qoyulan azərbaycanlı həbs olundu
-
“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib
-
Sabah səhər saat 08:00-dan bu yolda hərəkət dayandırılacaq
-
7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu
-
"Aygün Kazımovanın mənə 3000 dollar borcu var" - (Video)
-
Fransada kütləvi talanların nəticəsi: 149 nəfər həbsə göndərildi
-
Tramp: "Makiyajımı özüm edirəm"
-
"Rauf -40 dərəcə" illər sonra efirə qayıtdı - (Video)
-
Nəsimi Musayevin saxlanılma anı - (Video)
-
Müğənni Lətifə: "Nənəmdən şəhər mərkəzində elit restoran miras qalıb"
-
Gülnarə Xəlilova Bursa Fashion Week-də Azərbaycanın milli ənənələrini təqdim edib - (Foto)
-
İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin iclası ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib
-
Dünyanın müxtəlif ölkələrindən turistləri Şəkidə birləşdirən sənət məkanı - (Foto)
-
Derbi öncəsi "Qalatasaray"da ciddi itki: “Lill”lə oyunu da buraxacaq
-
Şəbnəm Tovuzlunun qızı ABŞ-yə köçür
-
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb
-
Qarabağda yeni milli park yaradılıb - Sərəncam
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama
-
Ermənistanın sabiq prezidentinin həbs müddəti ilə bağlı qərar
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı





