Quru dondurmanın zərərləri - Alarkən diqqətli olun - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlər ölkəmizdə populyarlaşan quru dondurmalar (freeze-dried ice cream) əsasən trend və maraq xatirinə istehlak olunur.
Bunu Milli.Az-a açıqlamasında qida eksperti Fərid Səfərov deyib.
Onun sözlərinə görə, bu məhsulların sağlamlıq üçün tam təhlükəsiz və ya tam zərərli olduğunu demək düzgün olmaz - hər şey tərkibə, istehsal şəraitinə və istifadə tezliyinə bağlıdır.
"Əvvəlcə quru dondurmanın mahiyyətinə baxaq. Bu məhsullar aşağı temperaturda dondurulub, sonra vakuum şəraitində suyunun çıxarılması yolu ilə hazırlanır. Texnoloji baxımdan düzgün aparıldıqda bu proses qidanın strukturunu qoruyur və bakterial riski azaldır. Yəni üsulun özü təhlükəli deyil.
Risk daha çox tərkib və keyfiyyətə nəzarət məsələsindən yaranır. Bazarda satılan quru dondurmaların bir qismi yüksək miqdarda şəkər, süni dadlandırıcılar, rəngləndiricilər və stabilizatorlar ehtiva edir. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan və rəngli, cəlbedici qablaşdırmada olan məhsullarda bu maddələr daha çox olur. Müntəzəm istehlak isə artıq şəkər qəbulu, diş problemləri və maddələr mübadiləsinə mənfi təsir göstərə bilər".
Ekspert qeyd edib ki, digər vacib məqam istehsal və saxlanma şəraitidir.
"Rəsmi qeydiyyatı, etiket məlumatı, istehsalçı ünvanı və uyğunluq nişanı olmayan məhsullarda gigiyenik risklər arta bilər. Quru dondurmalar nəmə məruz qaldıqda mikroorqanizmlər üçün əlverişli mühit yarana bilər və bu da sağlamlıq baxımından təhlükə yaradır.
Quru dondurmanı təbii və faydalı məhsul kimi qəbul etmək də düzgün deyil. Xüsusilə uşaqlarda və həssas qruplarda tez-tez istifadəsi tövsiyə olunmur. Etiket oxumaq, tanınmış istehsalçıya üstünlük vermək və normanı aşmamaq bu cür məhsullardan yarana biləcək riskləri minimuma endirə bilər".
Mövzu ilə bağlı Milli.Az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, son günlərdə trend olmuş hər kəsin sevimli qidasına çevrilmiş quru dondurmalar satışdadır.
"Lakin nəzərə almaq lazımdır ki, bunlar gündəlik qidalar üçün nəzərdə tutulmayıb. Bu qidanı həftədə 30 qramı keçməmək şərtiylə qəbul etmək olar. Mütləq şəkildə bilmək lazımdır ki, əsasən idmançıların, səyahətdə olanların daha çox qidaya əlçatanlığın gec olduğu yerlərdə qəbul oluna bilər. Amma gündəlik qidada zərər verə bilər. Şəkər, kalori miqdarının çox olması və qida kimi artıq qəbul etdikdə onlarda qanda şəkər sürətini yüksəltməyə gətirib çıxarda bilər. Bu da sağlamlıq üçün fəsadlar törədə bilər. Xüsusilə 3 yaşdan aşağı uşaqlarda bəzən boğulma riski yarada bilər. Bu qidanı qəbul edərkən uşaqların ağız suyu yetərli olmaya bilər. Məhsulu alarkən mənşəyi bəlli olan yerdən almaq lazımdır. Aldığınız paketin ağzı açıldıqda tez zamanda istifadə olunmalıdır. Məhsul evdə sərin, günəş şüaları düşməyən yerdə saxlanılmalıdır".
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - (Foto)
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - (Foto)
-
Bu gün yollarda görünüş çətinləşəcək
-
Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib - (Foto)
-
Ronaldonun izləyici sayı 680 milyona çatdı
-
Tural Hüseynov yenidən səhnəyə qayıdır: “Azərbaycan musiqisini layiqincə təmsil etmək istəyirəm” - (Video/Foto)
-
Selcan Mahsudova Dünya çempionatında finala yüksəldi
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
-
Azərbaycan nefti bahalaşıb
-
Qazaxda iki nəfər bir-birini bıçaqladı
-
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
“Brent” nefti bahalaşdı
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)





