BDU-nun professoru vəfat etdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru Rasim Qara oğlu Məmmədov vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, Rasim Məmmədov 1 iyun 1950-ci ildə anadan olub. 1974-cü ildən BDU-nun Fizika fakültəsində elmi və pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə Fizika fakültəsi nəzdində "Radiofizika" ixtisası üzrə aspiranturaya daxil olub. 1984-cü ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 2009-cu ildə professor elmi adı alıb. 1979-cu ildən Optika və molekulyar fizika kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. 1999-2004-cü illərdə Fizika fakültəsinin dekan müavini, 2005-2012-ci illərdə dekan vəzifələrində işləyib. 2005-ci ildən Optika və molekulyar fizika kafedrasında professor vəzifəsində çalışıb.
Professor Rasim Məmmədovun elmi fəaliyyəti yarımkeçirici cihazlar fizikası və texnikası ilə əlaqədar olub. İlk dəfə olaraq real metal-yarımkeçirici kontaktlarda əlavə elektrik sahəsinin yaranması hadisəsini aşkar edib. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən artıq elmi əsərin, o cümlədən, 1 monoqrafiya, 4 dərs vəsaiti, 5 ixtira və 50 elmi-publisistik məqalənin müəllifidir. 2 fizika üzrə fəlsəfə doktorantının və 20 magistrantın elmi rəhbəri olub. Rasim Məmmədov 1999-cu ildə "Tərəqqi", 2019-cu ildə isə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif olunub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Badamdarda sürüşmə yenidən aktivləşdi
-
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından müraciət
-
Bakıda sürücü avtobusu saxlamadı, sərnişin şüşəni sındırıb qaçdı - (Video)
-
Tanınmış vəkilə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu
-
Elman Əhmədov vəfat etdi
-
“Atlant”ın rəhbəri vəfat etdi
XƏBƏR LENTİ
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Hava limanına gedən yol bağlanır? - Rəsmi açıqlama
-
Sabir Zeynalov dünya çempionu oldu
-
Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
-
Argentinalı ulduz 37 yaşında karyerasını bitirdi
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
-
Badamdarda sürüşmə yenidən aktivləşdi
-
Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)
-
Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər
-
Pensiyalar ödənildi
-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından müraciət
-
6 dərəcə şaxta olacaq - Proqnoz
-
Bu şəxslər 40 manat cərimələnəcək
-
Fransız müstəmləkəçiliyinin izləri: Hanoydakı Hoaloa həbsxanasından Trend-in fotoreportajı - (Video/Foto)
-
Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq
-
“Trendyol”da “Əfsanə günlər ” başlayır
-
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
-
Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
-
Hansı cinayətləri törədənlər əsgərliyə getmir?
-
Rusiya Kiyevə zərbələr endirdi: Ölən və yaralananlar var
-
Bakıda sürücü avtobusu saxlamadı, sərnişin şüşəni sındırıb qaçdı - (Video)
-
Murad Arif: "Belə "çuşka" qalacaqsınız həmişə” (Foto)
-
Ağdamın ikinci həyatı: 27 illik işğaldan Böyük Qayıdışa





