Gəncədən Bakıya uzanan dələduzluq: "Falçı Telli"nin fırıldağı üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncədə falçılıqla məşğul olan qadın Bakıda gənc qızı aldadıb.
Milli.Az oxu.az-a istinadla xəbər verir ki, "Instagram" sosial şəbəkəsində özünü "falçı Telli" kimi təqdim edən şəxs Bakıdan olan gənc qızla tanış olub. O, gənc qızla ünsiyyət quraraq ona psixoloji təsir göstərib, guya qızın və ailəsinin "şər qüvvələr"in təsiri altında olduğunu bildirib.
Falçı qadın gənc qızı aldadaraq inandırıb ki, sevdiyi oğlan ondan ayrılacaq. Bu "ayrılığın" qarşısını almaq üçün isə qızdan 8 min 500 manat dəyərində qızıl pirsinqlər tələb edib və həmin pirsinqlərin Gəncə şəhərinə göndərilməsini istəyib. Çarəsiz qalan gənc qız tələb olunan məbləğdə qızıl pirsinqlər alaraq Gəncə şəhərinə - falçı Tellinin göstərdiyi ünvana göndərib.
Bir müddət sonra falçı qadın yenidən gənc qızla əlaqə saxlayaraq, guya atasının başqa bir qadınla sevgi münasibəti yaşadığını və yaxın vaxtlarda valideynlərinin boşanacağını bildirib. O, bu hadisənin qarşısını almaq üçün isə gənc qızdan 16 min 500 manat pul tələb edib. Gənc xanım falçıya inanaraq həmin məbləği də ona göndərib.
Hadisə bir müddət sonra üzə çıxıb və gənc qızın valideynləri polisə müraciət ediblər.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində falçı qadın saxlanılaraq istintaqa cəlb edilib.
Cinayət işinin istintaqı yekunlaşıb və materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəyib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və onun barəsində olan cinayət işinə xitam verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ceff Bezos “Liverpul”un sahibi oldu
-
Keçmiş vəkilin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur
-
"Hörmüz boğazı yalnız İranın əmri ilə bağlanır və açılır"
-
55 yaşlı Xalq artisti gözəlliyi ilə göz oxşadı - (Video)
-
"28 May" stansiyasının fəaliyyəti olduğu kimi qalacaq, lakin Yaşıl xətt üzrə qatarların hərəkət prinsipi dəyişdirilir"
-
ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama
-
Güclü külək, leysan, şimşək - Bazar gününün havası
-
Corcinanın nişan üzüyü yenidən gündəmdə - Qiyməti nə qədərdir? - (Foto)
-
“Amay”da öldürülən şirkət rəhbərinin FOTOları
-
“28 May”da vəziyyət necədir? - (Foto-Video)
-
Haalandın fotosu olan bağlamalardan 469 kilo kokain çıxdı (Foto)
-
Rubioya Ağ Evdən orijinal ad günü hədiyyəsi - (Foto)
-
Şəhidin qardaşı vəfat etdi
-
Bakıda TIR aşdı - (Foto)
-
Almaxanımın həyat yoldaşı ilə səmimi anları - (Video)
-
Azərbaycanlı müğənni küçədə döyüldü - (Foto)
-
Xaçmazda iki ata övladını bıçaqladı
-
Azərbaycanda benzin və dizel bahalaşır?
-
Məktəblər bu tarixdə başlayacaq
-
Ərdoğan: Böyük Türkiyə gəlir, tarix yenidən yazılır
-
Roza Zərgərli onun ifasını eşidib ağladı - (Video)
-
Evdən 21 yaşlı qızın meyiti tapıldı
-
Avropa çempionu olmuş italıyalı karyerasını bitirdi
-
Bakıda mağazanın tavanı uçdu - Qadın yaralandı - (Video)





