Hadisə

Balakən gömrüyündə böyük ifşa: 83 min ədəd dərman müsadirə olundu

21 Dekabr 2025 15:25
Baxış: 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Bu barədə Milli.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Mazımqara gömrük postunda Türkiyədən Azərbaycana günəbaxan yağı yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.