Hadisə

Sərxoş sərnişin avtobusun şüşəsini qırdı - FOTO

2 Noyabr 2025 20:10
Baxış: 771
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda sərnişin avtobusunda insident baş verib.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində hərəkətdə olan 11 nömrəli marşrut avtobusunda qeydə alınıb.

Məlumata görə, içkili vəziyyətdə olan sərnişin avtobusda qeyri-etik davranış sərgiləyib və digər sərnişinlərin narazılığına səbəb olub. Onun avtobusdan endirilməsindən sonra mübahisə davam edib.

Şahidlərin sözlərinə görə, sərxoş şəxs avtobusun qapısını yumruqlayıb və nəticədə nəqliyyat vasitəsinin pəncərəsi qırılıb.

İnsidentdən sonra avtobus xətdən çıxarılıb, sərnişinlər digər nəqliyyat vasitəsinə yönləndiriliblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və sərxoş şəxs polis şöbəsinə aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.