Hadisə

Bakıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü - Atasının qucağında maşın sürmək öyrənirdi

21 Oktyabr 2025 10:30
Baxış: 1 692
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabrın 20-də günorta saatlarında Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində ailə faciəsi baş verib.

Milli.Az xəbər verir ki,1992-ci il təvəllüdlü Tural Süleymanov yaşadığı evin həyətində avtomobil idarə edərkən bədbəxt hadisə yaşanıb.

Məlumata əsasən, o, qucağında 2018-ci il təvəllüdlü oğlu Usamə ilə "BMW" markalı, 77 KV 548 dövlət nömrə nişanlı avtomobilə minib və həyət daxilində idarə etməyə başlayıb. Lakin azyaşlı uşaq ehtiyatsızlıqla sürət pedalına basıb. Nəticədə avtomobil qəfil irəli hərəkət edərək divara çırpılıb.

Zərbənin təsirindən azyaşlı U. Süleymanlı hadisə yerində dünyasını dəyişib, atası T. Süleymanov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır./qafqazinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.