Qırğızıstanın paytaxtı Bişkek bir həftə ərzində ikinci dəfə dünyanın ən çirkli havaya malik şəhərlərinin reytinqində birinci yeri tutub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırkı sözügedən postsovet şəhərinin havasının keyfiyyət indeksi 310 AQI-dir (Dünya Hava Keyfiyyəti İndeksi). Normalda hava keyfiyyəti indeksi 50 AQI-dən az olmalıdır.
Xəbərdə bildirilir ki, havanın çirkli olması sakinlərdə astma tutmaları və öskürəyə səbəb ola bilər.
Milli.Az





