Dünya

Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə endirəcək

20 Yanvar 2026 00:45
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə hazırlaşır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

"Bu günlərdə daha da diqqətli olmaq lazımdır. Rusiya kütləvi zərbəyə hazırlaşıb və onu endirmək üçün anı gözləyir. Xahiş edirəm, bütün hava həyəcan siqnallarına diqqət yetirin. Hər bir vilayətdə insanlara dəstək vermək və operativ reaksiya göstərmək üçün tam hazırlıq olmalıdır", - deyə o, vurğulayıb.

Zelenski hələ yanvarın 16-da Rusiyanın Ukraynaya yeni kütləvi zərbələrə hazırlaşdığını bəyan etmişdi. Onun sözlərinə görə, bu barədə məlumatı Ukrayna kəşfiyyatı əldə edib. Yanvarın 18-də isə dövlət başçısı tərəfdaşlara müraciət edərək Ukraynanın daha çox müdafiəyə ehtiyacı olduğunu bildirib. Bu, əsasən, hava hücumundan müdafiə sistemləri üçün yeni raketlərə aiddir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.