Ölkə

Kazana uçan təyyarə Bakıda eniş etdi

20 Yanvar 2026 00:54
Baxış: 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"FlyDubai" aviaşirkətinə məxsus, Dubay - Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.

"Boeing 737" tipli hava gəmisi yerli vaxtla saat 00:04-də Bakı hava limanına uğurla eniş edib.

Hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.