Hadisə

Həlak olan hərbçi qadının cavan oğlu da dünyasını dəyişib - YENİLƏNİB - FOTO

14 Aprel 2025 19:47
Baxış: 3 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəlbəcər rayonunda qəzaya düşərək, həlak olduğu bildirilən İlahə Rəsul qızı Şahverdiyevanın ötən ilin yazında cavan oğlu da dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə İ.Şahverdiyeva ötən ilin mayında sosial şəbəkədə paylaşım edib.

"Sənsiz yaşamaq cəhənnəmdə yaşamaqdı, mən bu dünyada cəhənnəmdə yaşadım, sən cənnətdə ol, ömrümün bəzəyi oğlum. Sən ananın cənnətisən. Mən səndən ayri yaşamaq istəmirəm, canım oğlum..", - deyə o, oğlunun fotosunu paylaşaraq yazıb.

Qeyd edək ki, bu gün "Nissan Pathfinder" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu bildirilir.

Hadisə ilə bağlı İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev Bakupost.az -a bildirib ki, İlahə Şahverdiyeva hərbi hissələrdən birində aşpaz kimi çalışırmış. Onun dediyinə görə, xanım hərbçi qəzadan sonra Gəncəyə hospitala aparılıb.

"Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik", - deyə İ.Şahverdiyevanın əmisi oğlu A.Şahverdiyev bildirib.

Qeyd edək ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızı, Birinci Qarabağ müharibəsi şəhidi Rəsul Şahverdiyevin qızıdır. 

xxx

"Bu gün də özü həlak oldu... Səhifəsində oğlu və şəhid atası ilə bağlı ürəkparçalayan paylaşımları var. Görüşünə tələsdiyi doğmalarına qovuşdu".

Bu sözləri tanınmış jurnalist Zahid Nurəliyev sosial şəbəkə hesabında yazıb.

"Yeri gəlmişkən, İlahə xanım Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.

Bayaq xəbəri dəqiqləşdirmək üçün Laçın ağsaqqallarından Qəzənfər müəllimlə danışdım. İsrafil Şahverdiyev haqqında maraqlı bir hadisə danışdı. Bir dəfə İsrafil polis rəisindən icazəsiz ermənilərlə döyüşə gedib. Gələndə rəis onu danlayıb, deyib niyə icazəsiz döyüşə getmisən. İsrafil Şahverdiyev deyib ki, komandir, məni nənəm böyüdüb, uşaq vaxtı başımı sinəsinə qoyurdum, bir döşü yox idi, bir dəfə soruşdum bu haqda, nənəm dedi ki, o, vaxt ermənilər kəsib. Deyir, komandir, nənəmin qisasını almağa getmişdim...

Şəhid jurnalist Salatın Əsgərovanın qisasının alınmasında da İsrafil Şahverdiyevin böyük rolu olub.

Allah bu qəhrəman ailənin bütün dünyadan köçənlərinə rəhmət eləsin!", - o qeyd edib. /Axar.az 

--------

15:39

Kəlbəcər rayonunda avtomobil qəzası baş verib.

Milli.Az xəbər verir ki, 99 NK 848 dövlət nömrə nişanlı "Nissan Pathfinder" markalı avtomobil idarə etməni itirərək aşıb.

Qəza nəticəsində N saylı hərbi hissədə xidmət edən gizir İlahə Şahverdiyeva həlak olub. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.