Hadisə

Dəm qazı daha bir can aldı

4 Mart 2025 23:35
Baxış: 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuz sakininin Bakıda meyiti aşkarlanıb.

Milli.Az-ın məlumatına görə, rayonun Padar kənd sakini, 1994-cü il təvəllüdlü Bəraət Tanrıverdi oğlu Babakişiyev Bakı şəhərində kirayə qaldığı evin hamamında huşsuz vəziyyətdə tapılıb.

Məlumata görə, bir müddətdir Bakı şəhərində işləyən 31 yaşlı B.Babakişiyev həmin mənzildə tək yaşayıb.

B.Babakişiyevin dəm qazından öldüyü ehtimal edilir.

Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.